Azərbaycan-Belarus münasibətləri yüksələn xətt üzrə inkişaf edir
07.06.2010 [10:05]
İyunun 3-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Belarus Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə rəsmi ziyafət verilib. ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunan Prezident İlham Əliyev əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edərək deyib: “Bu gün səfər çərçivəsində ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək bir neçə mühüm sənəd imzalanmışdır. Bizim yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri isə bizim münasibətlərin dinamikasına dəlalət edə bilər. Son beş ildə dörd belə səfər olmuşdur. Bu fakt özü bizim ikitərəfli münasibətlərə nə qədər böyük əhəmiyyət verməyimizi göstərir. İqtisadi cəhətdən 2009-cu ilin böhran ili olmasına baxmayaraq, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artmasını müşahidə etmişik. Yəqin ki, bu, 2009-cu ildə nadir hadisələrdən biridir. Biz bu il də əmtəə dövriyyəsinin artdığını görürük”.
Dövlətimizin başçısı Belarusun əldə etdiyi uğurların ölkəmizdə maraqla izlənildiyini diqqətə çatdıraraq bildirib: “Belarusda baş verən prosesləri biz Azərbaycanda böyük maraqla müşahidə edirik. Sizin uğurlarınıza sevinirik. Bütün bu uğurların əsasını Belarusun lideri, Prezident Aleksandr Qriqoryeviç Lukaşenkonun çox böyük əməyi təşkil edir. Onun rəhbərliyi altında Belarus inkişafda çox böyük uğurlar qazanmışdır”.
Prezident İlham Əliyev Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin perspektivləri barədə danışaraq deyib: “Biz Sizin əsl dostlarınız kimi, uğurlarınıza sevinirik. öz tərəfimizdən çalışırıq ki, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün nəzərdə tutduğumuz bütün sahələr dərin məzmun kəsb etsin. Əminəm ki, nəzərdə tutduqlarımıza nail olacağıq. Hər halda, münasibətlərimizin inkişafının tarixi, son illərdə bu münasibətlərin dinamik inkişafı bunu deməyə imkan verir”.
Azərbaycan-Belarus münasibətləri ilə bağlı söylədiyi fikirlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Prezident Aleksandr Lukaşenko ötən səfərindən keçən dövrdə Bakıda çox böyük inkişaf proseslərinin şahidi olduğunu deyib: “Mən sözümə ona görə bu məqamdan başlayıram ki, hətta dünən axşamdan xeyli keçmiş, son üç ildə olmadığım bu gözəl şəhərə daxil olarkən Bakının axşam mənzərəsinin gözəlliyinə heyran qaldım. Bunu hamı hiss etdi”.
Belarus Prezidenti paytaxtımızda əldə edilən bütün bu inkişaf proseslərində, bütövlükdə Azərbaycanın qazandığı uğurlarda Prezident İlham Əliyevin böyük xidmətlərini qeyd edərək bildirib: “Bu, Sizin torpağınızın hər kilometrində, hətta hər metrində görünür. Mən əminəm ki, yalnız nəinki bu işə, həm də öz xalqına vurğun insan, bu xalqın firavanlığını istəyən insan paytaxtda və bütün ölkədə bu cür quruculuq işləri apara, onun simasını bu cür dəyişə bilər”.
Prezident Aleksandr Lukaşneko Azərbaycan xalqına firavanlıq və xoşbəxt gələcək arzulayaraq deyib: “Dünən axşam dəniz kənarında şən, mehriban gəncləri gördüm. Bütün azərbaycanlılar bu cür mehriban, xoşbəxt olacaqlar. Biz belaruslar sizə bunu arzulayırıq. Sizi əmin edə bilərəm ki, biz sizin hətta ən kiçik uğurunuza da sevinirik. Biz sizin uğurlarınızı həyəcanla izləyəcək və sizə həm də ona görə yalnız səadət arzulayacağıq ki, əgər siz güclü və xoşbəxt olsanız, biz də sizin etibarlı dostlarınız kimi güclü və xoşbəxt olacağıq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39

