Milli Məclis bəzi qanunvericilik aktlarına dəyişikliklər edib
13.02.2010 [09:21]
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda öncə millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. Millət vəkili İqbal Ağazadə bələdiyyələrin səlahiyyətinin artırılmasını təklif edib. Parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə əhalinin sağlamlığına diqqət çəkib. Onun sözlərinə görə, gələcək nəsillərin sağlam böyüməsi üçün ailə quranlar bir neçə xəstəliklərlə əlaqədar tibbi müayinədən keçməlidirlər. Millət vəkili qeyd edib ki, bu məsələ Ailə Məcəlləsində də dəqiqləşdirilməyib.
Bəzi millət vəkilləri isə bir neçə gün əvvəl sərt hava şəraitində yaranmış vəziyyəti tənqid edib. Amma millət vəkillərindən Tahir Rzayev, Zahid Oruc və başqaları çıxış edərək bu məsələnin siyasiləşdirilməsinin əleyhinə olduqlarını bildiriblər. Spiker Oqtay Əsədov da kəskin hava şəraitində yaranmış problemlərin operativ şəkildə aradan qaldırılması üçün müvafiq orqanların səylə çalışdığını vurğulayıb.
Millət vəkili Z.Oruc Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində İranın vasitəçilik etməsi təşəbbüsünə də münasibət bildirib. O, qeyd edib ki, 1992-ci ildə İranın vasitəçiliyi ilə iki dövlətin başçısı arasında danışıqlar getdiyi bir vaxtda Şuşa şəhəri işğal olunub. Bu fakt onu göstərir ki, İranın Ermənistan rəhbərliyinə təsir etmək imkanı yoxdur. Eyni zamanda, hazırda nüvə məsələsi ətrafında yaranmış gərginlik də bu dövlətin vasitəçiliyinin effektli olacağını şübhə altına alır. Z.Oruc deyib ki, əgər İran öz təşəbbüsündə səmimidirsə, Türkiyə kimi addım atsın və işğalçı Ermənistanla sərhədləri bağlasın, ticarət əlaqələrini kəssin.
Milli Məclisin sədri Oqtay Əsədov isə millət vəkilinə cavabında İranın Azərbaycanla 600 kilometr sərhədə malik olduğunu, onların qonşu ölkə kimi dəstəyindən imtina etməyin düzgün olmadığını vurğulayıb: “Əgər dəstək varsa, biz bundan istifadə etməliyik”.
Millət vəkili Qənirə Paşayeva Milli Məclis tərəfindən ABŞ Konqresinə müraciət edilməsi təklifini səsləndirib: “Müraciətdə qeyd etməliyik ki, “erməni soyqırımı” ilə bağlı iddialar yalandır və konqresmenlər bunu dəstəkləsələr ədalətsizlik etməklə yanaşı, həm də bu, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində obyektiv mövqe tutacağı məsələsinə kölgə salacaq”.
Millət vəkilinin sözlərinə görə, qondarma “erməni soyqırımı” ilə bağlı təzyiqlər təkcə Türkiyəyə qarşı yönəlməyib. Onun fikrincə, bir müddət əvvəl ABŞ-da səfərdə olarkən görüşlərində bir çox məsələləri müvafiq strukturların diqqətinə çatdırıblar. “ABŞ, Fransa və Avropanın bu məsələdən məqsədli istifadə edən ölkələrində fəaliyyət göstərən diasporlarımız öz yaşadıqları bölgələrdə aktiv olmalıdırlar. Onlar öz mövqelərini konqresmenlərə, digər ölkələrin parlament üzvlərinə çatdırmalıdırlar” - deyə Q.Paşayeva vurğulayıb.
Daha sonra, iclasın gündəliyindəki məsələlər müzakirə olunub. Millət vəkilləri bəzi qanunvericilik aktlarına dəyişikliklərin edilməsi məsələsini müzakirə ediblər. Sənəd barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib. Onun sözlərinə görə, əlavə və dəyişikliklər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüququ vəziyyəti haqqında” Qanuna, Mülki Məcəlləyə və “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna təklif olunur. Komitə sədri bu əlavə və dəyişikliklərin Konstitusiyaya referendum nəticəsində edilmiş əlavə və dəyişikliklərdən irəli gələn məsələ olduğunu bildirib.
çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev deyib ki, hazırda Azərbaycanda 2483 QHT qeydiyyatdan keçib. Onların 106-cı əcnəbilərə məxsus nümayəndəliklər və filiallardır. Şura sədri onu da deyib ki, sənədə təklif olunan əlavə və dəyişikliklər beynəlxalq hüquqa zidd deyil.
Daha sonra, “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək azadlığı haqqında” qanunlara yeni bənd əlavə edilib. Bu barədə məlumat verən Rəbiyyət Aslanova həmin yeniliyin də Konstitusiyaya referendum nəticəsində edilmiş əlavə və dəyişikliklərlə bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Konstitusiyaya əlavə edilmiş bənd olduğu kimi həmin qanunlara köçürülür. Həmin yenilik aşağıdakı kimidir: “Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.
Müzakirələrdən sonra həmin qanunlara əlavə və dəyişikliklər edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

