Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

26.12.2019 [10:02]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Corc Dikin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Corc Dik fəxri qarovul dəstəsinin qarşısından keçib.
Corc Dik etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Corc Dik ölkəmizdə səfir təyin olunmasından məmnunluğunu ifadə edərək Azərbaycanda mövcud olan multikultural və tolerant mühitin onda dərin təəssürat yaratdığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev dinlərarası dialoqun inkişafı yolunda Azərbaycanın beynəlxalq müstəvidə böyük səylər göstərdiyini və uğurlu addımlar atdığını bildirərək, bunun dünya birliyi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələrinin dinc və mehriban şəraitdə yaşadığını məmnunluqla qeyd edib.
Görüşdə iqtisadi, ticarət, turizm, humanitar, kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 774 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31