Azərbaycan iqtisadiyyat sahəsində 2009-cu il üzrə MDB və region ölkələri arasında liderdir
08.01.2010 [01:27]
Dünyanın nüfuzlu nəşrlərindən hesab edilən “İnternational Living” jurnalı ölkələrin 2009-cu il üçün kateqoriyalar üzrə reytinq göstəricilərini açıqlayıb.
Hesabatda Azərbaycanın MDB və region ölkələri arasında ən güclü iqtisadiyyata malik olduğu bildirilir. Jurnalın həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə apardığı araşdırmalar 194 ölkəni əhatə edib. Bu sahələr üzrə hər bir ölkə 100 ballıq sistemlə qiymətləndirilib. Jurnalın bu il açıqladığı reytinq göstəricisində Azərbaycan iqtisadiyyat kateqoriyası üzrə 42 bala layiq görülüb. Bu, MDB və region ölkələri arasında iqtisadiyyat sahəsi üzrə ən yüksək nəticə hesab edilir.
İqtisadi göstəricilərinə görə Rusiya 38, Gürcüstan və İran 33, Türkiyə 32, Türkmənistan və Ukrayna isə 31 balla qiymətləndirilib. “İnternational Living”in hesablamalarında Azərbaycan iqtisadi göstəricilərinə görə təkcə MDB və region ölkələrindən deyil, həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan bəzi dövlətlərdən də irəlidədir.
Jurnalın açıqladığı reytinq siyahısında Avropa ölkələrindən Portuqaliya iqtisadiyyatı 35, Malta 36, Slovakiya 37, Yunanıstan isə 39 balla qiymətləndirilib. Dünyanın inkişaf etmiş ölkələrindən olan İspaniyanın iqtisadi göstəriciləri Azərbaycanla eyni səviyyədə qiymətləndirilib. İqtisadi göstəricilərinə görə ən yüksək qiymət-69 bal - ümumi siyahıda 79 balla ikinci yerdə olan İsveçrəyə verilib. Maliyyə böhranının davam etdiyi 2009-cu ildə dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanda ümumi daxili məhsulun həcmi 8-9 faiz artıb. Halbuki bir çox inkişaf etmiş ölkələrdə ötən il iqtisadi artım müşahidə olunmayıb. Azərbaycanın iqtisadi artım tempinə görə dünyada ilk sıralarda olduğu beynəlxalq təşkilatların hesablamalarında da öz əksini tapıb. Avropa İnkişaf və Yenidənqurma Bankının hesabatında qeyd olunub ki, Azərbaycan iqtisadi artım tempinə görə Avropa və Mərkəzi Asiya ölkələri arasında ilk üçlüyə daxildir.
Qeyd edək ki, “İnternational Living”in təqdim etdiyi ümumi siyahıya 80 balla Fransa başçılıq edir. ABŞ 78 balla üçüncüdür.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22

