Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
12.12.2019 [09:54]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də BP qrupunun baş icraçı direktoru Robert Dadlini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Robert Dadli deyib: Cənab Prezident, bizə vaxt ayırdığınız üçün Sizə təşəkkür edirəm.
Prezident İlham Əliyev deyib: “Sizi yenidən görməyə şadam. Azərbaycana yenidən xoş gəlmisiniz. Mənə məlumat verilib ki, siz gələn il vəzifənizi tərk edəcəyinizlə bağlı açıqlama vermisiniz. Bu imkandan istifadə edərək Azərbaycanda biznesin inkişafına verdiyiniz töhfəyə görə sizə minnətdarlığımı bildirmək istərdim. Biz sizinlə bir neçə dəfə birgə layihələrimiz barədə müzakirələr aparmışıq və bildiyimə görə, BP-nin prioritetləri siyahısında bu layihələr ən yüksək mövqedədir. Bilirsiniz ki, BP ilə əməkdaşlığımız strateji əhəmiyyətə malikdir. Mən dəfələrlə ictimai qaydada bu barədə açıqlamalar vermişəm. Çox şadam və fəxr edirəm ki, bu 25 illik tərəfdaşlıq eyni məqsədi olan və bu məqsədlərə çatmaq üçün səmərəli addımlar atmış dostların tərəfdaşlığı olub. Bu, çox vacibdir. Bəzən məqsədlər müəyyənləşdirilir, lakin onlara necə çatmaq aydın olmur. Bizim nümunəmizdə 1990-cı illərin əvvəllərinin çox çətin geosiyasi vəziyyətində birlikdə tarixi layihələri həyata keçirə bildik. Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun inkişafı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və bu yaxınlarda tamamlanan TANAP. Bu layihələrin hər birinin Azərbaycan üçün tarixi əhəmiyyəti var. Azərbaycanın bugünkü sürətli inkişafı bizim enerji sektorundan əldə etdiyimiz gəlirlər olmadan mümkün olmazdı. Bütün bu illər ərzində biz həqiqətən də tərəfdaşlar kimi çalışdıq, bir-birimizi dəstəklədik, bir-birimizin problemlərinə anlayış göstərdik. Düşünürəm ki, bu, dünyada nadir bir təcrübədir. Hazırda biz bütün vacib layihələrin tamamlanmasına yaxınıq. Mən TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirakımdan şadam. İndi tamamlanmasına yaxın olduğumuz TAP-ın üzərində işləməyimiz lazımdır, - 90 faizi artıq tamamlanıb, - həmçinin BP-nin digər layihələri. Çünki bizim əməkdaşlığımız davam edəcək. “Azəri-Çıraq-Günəşli”nin işlənilməsinin 2050-ci ilə qədər uzadılmasından sonra biz əlavə olaraq aktiv 30 il və daha çox əməkdaşlıq edəcəyik. Beləliklə, bu, indikindən daha da strateji olacaq.
Cənab prezident, bir daha sizə şəxsən verdiyiniz töhfələrə, tərəfdaşlığınıza görə minnətdarlığımı bildirmək istərdim. Sizə uğurlar arzulayıram və əziz qonağımız kimi gələcəkdə sizi daha çox görməyə ümid edirəm”.
Robert Dadli deyib: “Təşəkkür edirəm, cənab Prezident. Bu, Azərbaycanın enerji tarixində çox mühüm hadisədir. Demək istəyirəm ki, onlardan biridir. Sizin uzaqgörən atanız və Siz bunun əsasını qoyarkən bir neçə ölkəni mürəkkəb regionda bir araya gətirdiniz. Yüksək texnologiyalar neft sektoru ilə yanaşı, təbii qaz sektoruna da cəlb edildi və irəlidə hələ də daha çox kəşfiyyat işləri və layihələr var. Fikrimcə, bunlar bir neçə ölkənin sərhədlərini aşmaqla dünyanın ən mürəkkəb layihələridir. Təsəvvür etsək ki, Yer kürəsinin elə bir yeri yoxdur ki, misal üçün, Azərbaycandan Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyaya gedən boru kəmərinin ekvivalentini orada tapmaq olsun. Məncə, Azərbaycandan başqa heç bir ölkə bunu edə bilməzdi. Bu illər ərzində bütün bu ən mürəkkəb ideyaların reallığa çevrilməyini görmək baxımından Sizinlə və Sizin komanda ilə - Rövnəq və Elşadla birgə işləmək şəxsən mənim üçün çox xoş oldu. Bu, möhtəşəmdir. BP-dəki insanların uzun illər boyunca əzmkarlığı çox diqqətəlayiqdir. Cənab Prezident, mən çox məmnunam - BP-də 40 illik fəaliyyətimdən, 10 ilə yaxın baş icraçı direktor olmağımdan və indi də estafeti rahat şəkildə Bernard Luniyə təhvil verməyimdən məmnunam. Bernard çox yaxşı işləyəcək və Azərbaycandakı işlərimizə eyni dərəcədə bağlıdır”.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

