/ / Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
24.07.2019 [09:41]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Volfqanq Maniq fəxri qarovul dəstəsinin qarşısından keçib.
Volfqanq Maniq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf etdiyini bildirərək əlaqələrimizin bundan sonra daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev münasibətlərimizin inkişafında yüksək səviyyəli səfərlərin önəminə toxunaraq ötən il Federal Kansler xanım Angela Merkelin Azərbaycana səfəri zamanı ikitərəfli münasibətlərin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını qeyd edib və bildirib ki, bu səfər əlaqələrimizin daha da genişlənməsinə əsaslı təkan vermişdir. Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda sənaye, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə uğurlu fəaliyyət göstərdiyini bildirən dövlətimizin başçısı bu şirkətlərin qeyri-enerji sektorunda, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində də fəal iştirak etdiklərini vurğulayıb. Prezident İlham Əliyev qeyri-enerji sektorunun inkişafının Azərbaycanda prioritet sahə olduğunu bildirərək bu istiqamətdə son illər böyük uğurlar qazanıldığını deyib.
Ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin vacibliyinə toxunan Prezident İlham Əliyev 200 il bundan əvvəl Azərbaycanda məskunlaşmış almanların mədəni irsinə dövlətimiz tərəfindən qayğı göstərildiyini bildirib.
Dövlətimizin başçısı Volfqanq Maniqin fəaliyyəti dövründə əlaqələrimizin uğurlu inkişafının davam etdiriləcəyinə ümidvar olduğunu deyib.
Ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafına toxunan səfir Volfqanq Maniq Azərbaycanın Almaniya üçün Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanın enerji, sənaye və qeyri-neft sahələrinin inkişafında, iqtisadiyyatın şaxələndirilməsi üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Volfqanq Maniq, öz növbəsində, 200 il bundan öncə Azərbaycanda məskunlaşmış almanların tarixi-mədəni irsinin qorunub saxlanılması məqsədilə Azərbaycan tərəfindən görülən işlərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35

