Prezident İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib
04.06.2019 [09:46]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Azərbaycanda fəaliyyət müddətinin başa çatdığını qeyd edərək, ötən dövr ərzində ölkəmizlə təmsil etdiyi qurumun səmərəli əməkdaşlıq həyata keçirdiyini vurğulayıb. Bu müddətdə ölkəmizin Dünya Bankı ilə əlaqələrinin çox uğurlu olduğunu deyən Mersi Tembon “Doing Business” hesabatında Azərbaycanın əhəmiyyətli dərəcədə irəli getməsini önəmli hadisə kimi dəyərləndirib. Son illərdə Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıqda böyük uğurlara nail olunduğunu xüsusi vurğulayıb. Ölkəmizlə əməkdaşlığın perspektivlərinə toxunan Mersi Tembon qarşıdakı illər üçün növbəti sosial-iqtisadi inkişaf proqramının hazırlanmasında Dünya Bankının Azərbaycana məsləhətçi kimi dəstək verməyə hazır olduğunu deyib. Qonaq qeyd edib ki, artıq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, özünüməşğulluq sahələrində Dünya Bankı ekspertləri ilə ölkəmizin müvafiq strukturları arasında layihələrin hazırlanmasına başlanılıb. O, icbari tibbi sığorta və ədliyyə sahələrində də işlərin getdiyini bildirib. Sonra Mersi Tembon Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molenösü təqdim edərək əminliyini bildirib ki, gələcək illərdə də Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq uğurla davam etdiriləcək.
Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişaf etdirilməsində Mersi Tembonun rolunu yüksək qiymətləndirib. Prezident İlham Əliyev ölkəmizdə Dünya Bankı ilə müxtəlif istiqamətlərdə, o cümlədən özünüməşğulluq, infrastruktur və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edib. Dövlətimizin başçısı əlaqələrimizin yeni səviyyəyə yüksəldiyini və qarşıdakı illərdə institusional islahatlar, iş yerlərinin yaradılması, biznes mühitinin daha da yaxşılaşdırılması kimi istiqamətlərdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev islahatların nəticəsi olaraq “Doing Business” hesabatında ölkəmizin 25-ci yerə yüksəlməsini və Azərbaycanın 10 ən islahatçı ölkələr siyahısına daxil olmasını önəmli hadisə kimi dəyərləndirib və qarşıda ölkə iqtisadiyyatının şaxələndirilməsi və daha da inkişaf etdirilməsi kimi mühüm vəzifələrin dayandığını deyib. Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molenösə fəaliyyətində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49

