/ / Prezident İlham Əliyev Argentinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Argentinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11.04.2019 [09:27]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Serxio Osvaldo Perez Qunella fəxri qarovul dəstəsinin qarşısından keçib.
Serxio Osvaldo Perez Qunella etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Səfir Serxio Osvaldo Perez Qunella, ilk növbədə, Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Argentina arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yaxşı səviyyədə olduğunu qeyd edib, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi və iqtisadi əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı ikitərəfli münasibətlərin inkişafında ölkələrimizin qarşılıqlı şəkildə səfirliklərinin fəaliyyət göstərməsinin rolunu vurğulayaraq Serxio Osvaldo Perez Qunellanın səfirlik fəaliyyəti dövründə onun Azərbaycanın müvafiq strukturlarının nümayəndələri ilə əməkdaşlığın genişlənməsi baxımından səmərəli görüşlər keçirəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün çox əlverişli şəraitin mövcudluğunu qeyd edərək Argentina şirkətlərinin də Azərbaycanda işləyəcəklərinə ümidvar olduğunu bildirib.
Xoş sözlərə görə minnətdarlığını bildirən Serxio Osvaldo Perez Qunella səfir kimi fəaliyyətinin əsas məqsədinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, o cümlədən qarşılıqlı ticarət və investisiyanın genişləndirilməsindən ibarət olduğunu bildirib və bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə energetika, biznes, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13

