/ / Prezident İlham Əliyev İranın iqtisadi işlər və maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev İranın iqtisadi işlər və maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16.03.2019 [10:11]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, Azərbaycan-İran hökumətlərarası birgə komissiyasının həmsədri Fərhad Dejpəsəndin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı Bakıda Azərbaycan-İran hökumətlərarası komissiyasının toplantısının səmərəli keçəcəyinə və müzakirə olunan məsələlərin öz həllini tapacağına əminlik ifadə olunub.
Görüşdə nəqliyyat, energetika, sənaye, ticarət, sərmayə qoyuluşu, kənd təsərrüfatı, səhiyyə və digər sahələrlə bağlı müzakirə olunan məsələlərin gözəl nəticələr verdiyi vurğulanıb, eyni zamanda, ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımlar haqqında danışılıb, Neftçalada müasir avtomobil zavodunun işə düşməsindən məmnunluq ifadə olunub. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə başlaması mühüm hadisə kimi dəyərləndirilib. Prezident İlham Əliyev bu yaxınlarda Qəzvin-Rəşt dəmir yolunun açılışı münasibətilə təbriklərini çatdırıb.
Görüşdə elektroenergetika sahəsində də görülmüş işlər yüksək qiymətləndirilib və bu sahədə əməkdaşlığın həm ikitərəfli, həm çoxtərəfli formatda inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qəbula görə minnətdarlığını bildirən Fərhad Dejpəsənd İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını və Novruz bayramı münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb. O qeyd edib ki, Həsən Ruhani və bütövlükdə İran Azərbaycana dost və qardaş ölkə kimi münasibət göstərir. Fərhad Dejpəsənd Prezident İlham Əliyevin ikitərəfli münasibətlər haqqında söylədiyi fikirlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə qeyd olunub ki, Azərbaycan və İran prezidentlərinin iradəsi sayəsində iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına və Novruz bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib, Onun da salamlarını və bayram təbriklərini İran Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32

