Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / SADE şirkəti Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir

SADE şirkəti Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir

21.07.2018 [10:02]

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə SADE şirkətinin Azərbaycanda “Ağıllı Şəhər” layihəsində və meliorasiya sahəsində fəaliyyətindən məmnunluq ifadə olunub. Patrik Lölo bildirib ki, SADE Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.
Prezident İlham Əliyev SADE şirkətinin Azərbaycanda fəaliyyətinin dəstəkləndiyini qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, meliorasiya sahəsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
* * *
Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə səfəri iyulun 20-də başa çatıb.

Paylaş:
Baxılıb: 910 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31