Prezident İlham Əliyev Dünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib
06.07.2018 [09:26]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev qeyd edib ki, Dünya Səhiyyə Təşkilatı hər zaman Azərbaycanın təşəbbüslərinə və səylərinə dəstək verib və Tedros Adhanom Qebreyesusun bu səfəri əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmlidir. Səhiyyənin Azərbaycanda prioritet sahələrdən biri olduğunu qeyd edən dövlətimizin başçısı son illər ölkəmizdə bu sahədə böyük işlərin görüldüyünü, xeyli sayda yeni xəstəxanaların və tibb mərkəzlərinin tikildiyini vurğulayıb. Prezident İlham Əliyev məmnunluq hissi ilə qeyd edib ki, hazırda Azərbaycanın hər bir şəhərində bütün lazımi tibbi xidmətləri əhatə edən ən müasir avadanlıqla təchiz olunmuş tibb ocaqları fəaliyyət göstərir. Görülən bütün bu işlər orta yaş həddinin artması və uşaq ölümünün azalmasına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev Dünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.
Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, ilk növbədə, prezident seçkilərində qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik edib.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.
Tedros Adhanom Qebreyesus Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıqla bağlı görülən işlərdən danışıb. Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlara, ölkəmizin hər yerində ən müasir tibb ocaqlarının inşa edilməsinə toxunan qonaq bu istiqamətdə əldə edilən nailiyyətləri Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi yüksək diqqət və qayğının nəticəsi kimi qiymətləndirib. Dünya Səhiyyə Təşkilatının baş direktoru ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərilən yüksək dövlət qayğısından da danışaraq bildirib ki, bu sahədə Azərbaycanın təcrübəsi bir çox Avropa ölkələrinə nümunə ola bilər.
Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

