Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ankaradakı Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət

Ankaradakı Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət

25.04.2018 [09:23]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı Ümummilli lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri aparılıb. Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib. Parkın girişində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2004-cü il aprelin 4-də əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr var. Bu istirahət məkanındakı şərait - mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin öz zövqünə uyğun istirahət etmələri üçün imkanlar yaradır. Hazırda parkın ərazisində inşa edilən “Buta” Azərbaycanı Təbliğ Evinin tikintisi yekunlaşmaq üzrədir.

Paylaş:
Baxılıb: 907 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31