Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan aparıcı beynəlxalq nəqliyyat dəhlizlərindən biri kimi nəqliyyat qovşağı sahəsində mühüm rola malikdir

Azərbaycan aparıcı beynəlxalq nəqliyyat dəhlizlərindən biri kimi nəqliyyat qovşağı sahəsində mühüm rola malikdir

30.01.2018 [09:49]

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycanda nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən yeni dəniz limanının inşası, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, ölkədə müasir aviasiya şəbəkəsinin tam şəkildə inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Görüşdə Azərbaycanın aparıcı beynəlxalq nəqliyyat dəhlizlərindən biri kimi önəmi vurğulanıb, ölkəmizin nəqliyyat qovşağı sahəsində mühüm rolu qeyd olunub, Avropa İttifaqının bu işlərə strateji əhəmiyyət verdiyi bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat sahəsində mütəmadi dialoqun yaradılmasının zəruriliyi vurğulanıb və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 897 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31