Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan ilə Ekvador arasında siyasi əlaqələr yaxşı səviyyədədir

Azərbaycan ilə Ekvador arasında siyasi əlaqələr yaxşı səviyyədədir

27.01.2018 [10:08]

Prezident İlham Əliyev Ekvadorun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri German Alexandro Orteqa Almeydanın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir German Alexandro Orteqa Almeyda fəxri qarovul dəstəsinin qarşısından keçib.
German Alexandro Orteqa Almeyda etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Söhbət zamanı Azərbaycan ilə Ekvador arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu bildirilib, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, iqtisadi əlaqələrin müxtəlif sahələrdə, xüsusən idxal-ixrac sahəsində inkişaf etdirilməsi üçün yaxşı imkanlar var.

Paylaş:
Baxılıb: 923 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31