Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Baş nazirinin birinci müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Baş nazirinin birinci müavinini qəbul edib

17.11.2017 [09:57]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Qazaxıstan Respublikasının Baş nazirinin birinci müavini Askar Mamini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə beynəlxalq tədbirlərdə keçirdikləri görüşləri xatırladaraq, Qazaxıstan Prezidentinin Azərbaycana son rəsmi səfərini əlaqələrimizin inkişafında mühüm hadisə kimi dəyərləndirib və bu görüşlər zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını deyib. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu və artıq müsbət nəticələrin əldə edildiyini deyən Prezident İlham Əliyev Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Askar Maminin ölkəmizə səfərinin məhsuldar olacağına və səfər zamanı iqtisadiyyat, nəqliyyat, energetika, tranzit yükdaşımaları, investisiya qoyuluşu sahələri ilə bağlı məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.
Cənubi Qafqaz regionunda Azərbaycanın Qazaxıstan üçün strateji tərəfdaş ölkə olduğunu deyən Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Askar Mamin qeyd edib ki, ikitərəfli münasibətlərimizin inkişafı istiqamətində böyük potensial var. Qonaq bu potensialın reallaşdırılması üçün birgə səylərin göstərilməsinin önəmini vurğulayıb. Askar Mamin Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdıraraq deyib ki, bu nəqliyyat dəhlizi Asiya-Avropa istiqamətində transkontinental yükdaşımalarının inkişafı işinə böyük töhfə verir. O, əmin olduğunu bildirib ki, bu dəmir yolu xəttinin işə salınması ilə Azərbaycan, Qazaxıstan və ümumilikdə, transxəzər marşrutunun tranzit potensialı tam həcmdə həyata keçiriləcəkdir.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 900 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31