/ / Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
27.01.2017 [09:54]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Said Xan Mohmand fəxri qarovul dəstəsinin qarşısından keçib.
Said Xan Mohmand etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana uğurlu rəsmi səfərlərini və bu səfərlər zamanı keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini və əməkdaşlığımızın ən yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan ilə Pakistan arasında ikitərəfli əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin, qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin Pakistan ilə qardaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
Səfir Said Xan Mohmand Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb. Said Xan Mohmand Pakistan xalqı tərəfindən Azərbaycanın inkişafının bir nümunə kimi qəbul olunduğunu bildirərək bu inkişafda Ulu öndər Heydər Əliyevin müstəsna rolunu qeyd edib və bu uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.
Səfir Said Xan Mohmand, həmçinin əminliyini ifadə edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin daha da möhkəmləndirdiyi ikitərəfli münasibətlərimiz bundan sonra da inkişaf edəcək. Qarşılıqlı səfərlərə toxunan Said Xan Mohmand Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrimizin inkişafında xüsusi rolunu qeyd edib.
Səfir Prezident İlham Əliyevin Pakistana səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini deyib.
Prezident İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Pakistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Görüşdə ölkələrimiz arasında iqtisadi, sərmayə qoyuluşu, idxal-ixrac və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

