Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel ilə görüşüb

Prezident İlham Əliyev Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel ilə görüşüb

18.01.2017 [10:12]

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel ilə görüşüb.
Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə, o cümlədən maliyyə və investisiya sahələrində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. Lüksemburq ilə Azərbaycan arasında hava nəqliyyatı ilə yük daşımaları sahəsində uğurlu əməkdaşlığın olduğunu deyən Ksavyer Bettel ölkəsində İKT, kosmik sənaye, bank və maliyyə sahələrinin inkişaf etdiyini, bu sahələrdə Azərbaycanla əməkdaşlığa hazır olduqlarını deyib.
Prezident İlham Əliyev Azərbaycanın müxtəlif sahələrdə Lüksemburqla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanda da İKT-nin inkişafına xüsusi diqqət ayrıldığını, hökumətin bu sahəyə böyük investisiyalar yatırdığını bildirib. Azərbaycanda kosmik sənayenin də inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin bu sahələrdə Lüksemburqla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Söhbət zamanı qarşılıqlı investisiya, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 943 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31