/ / Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri Şeyx Məhəmməd bin Raşid Əl Məktumla geniş tərkibdə görüş
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri Şeyx Məhəmməd bin Raşid Əl Məktumla geniş tərkibdə görüş
03.02.2016 [09:45]
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktumla geniş tərkibdə görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktumun Azərbaycana səfərinin uğurla keçdiyi bir daha vurğulanıb.
Şeyx Məhəmməd bin Raşid Əl Məktum ölkəmizə səfərini xatırlayıb. Azərbaycanda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi doğurduğunu bildirən Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi deyib ki, Sizin gözəl ölkəniz, gözəl insanlarınız var. Azərbaycana səfərim zamanı mən bunun şahidi oldum. O, Azərbaycanda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini bir daha vurğulayıb.
Prezident İlham Əliyev xoş sözlərə görə Şeyx Məhəmməd bin Raşid Əl Məktuma minnətdarlığını bildirib. Azərbaycanın beynəlxalq tədbirlərin təşkil olunduğu bir məkana çevrildiyini söyləyən dövlətimizin başçısı gələn il ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunlarının da beynəlxalq əməkdaşlıq işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin, o cümlədən Dubayın iqtisadi inkişafı ilə əlaqədar təbriklərini çatdırıb və indiki səfəri zamanı bu ölkədə böyük uğurların şahidi olduğunu bildirib.
Dünyada yaşanan iqtisadi böhrana və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə toxunan Şeyx Məhəmməd bin Raşid Əl Məktum bununla bağlı ölkəsində həyata keçirilən məsələlərdən danışıb.
Prezident İlham Əliyev dünyada baş verən bu proseslərlə əlaqədar Azərbaycanda da genişmiqyaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq bildirib ki, hazırda ölkəmizdə yeni iqtisadi modelin müəyyənləşdirilməsi üzərində əsaslı iş aparılır və bu model iqtisadiyyatın geniş sahələrini əhatə edəcək. Hökumətlərarası Birgə İqtisadi Komissiyanın fəaliyyətinə toxunan dövlətimizin başçısı bu komissiyanın qarşılıqlı fəaliyyəti əsasında əməkdaşlığımızın daha da genişləndirilməsi, o cümlədən investisiya qoyuluşu sahəsində işlərin həyata keçirilməsindən razılığını ifadə edib. Turizm sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev turizmin inkişafını Azərbaycanın prioritet sahəsi kimi səciyyələndirib, ölkəmizin regionlarında yüksək standartlara cavab verən aeroportların, turizm infrastrukturunun yaranmasının Azərbaycana turist axınının genişlənməsinə əlverişli şərait yaratdığını bildirib.
Şeyx Məhəmməd bin Raşid Əl Məktum Azərbaycanın kənd təsərrüfatı məhsullarının yüksək keyfiyyətə malik olduğunu deyib və ölkəmizin meyvə-tərəvəz məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixracının artırılmasının önəmini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın infrastruktur, su təchizatı layihələrində, inşa olunan dəniz limanının və azad ticarət zonasının yaradılması işində və investisiya qoyuluşunda Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin iştirak etməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.
Görüşdə xalqlarımız arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin inkişafına töhfəsini verdiyi vurğulanıb. Söhbət zamanı istehsal, sənaye, logistika, hava nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32

