/ / Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin Hesablayan elektron maşınlar zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin Hesablayan elektron maşınlar zavodunun açılışında iştirak edib
17.03.2009 [13:05]
Azərbaycan Prezidenti İlham Əliyev dünən Müdafiə Sənayesi Nazirliyinin Hesablayan elektron maşınlar (HEM) zavodunun yenidənqurmadan sonra açılış mərasimində iştirak edib.
Dövlət başçısı zavodun yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən videokadrlara baxıb, müəssisədə yaradılan Heydər Əliyev muzeyi ilə tanış oldu. Muzeydə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə tikilən müəssisələrin açılışlarını, ümumən, respublikanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri əks etdirən fotoşəkillər toplanıb.
Müdafiə sənayesi naziri Yavər Camalov Prezidentə məlumat verib ki, 1972-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində əsası qoyulan bu zavod tezliklə o dövrün qabaqcıl müəssisələrindən birinə çevrilib. Həmin illərdə burada müxtəlif növ mülki təyinatlı elektron tipli cihazlar istehsal edilir və ittifaqın 100-dən çox müəssisəsinə göndərilirdi. Zavodun yaradılması respublikamızda elektronikanın inkişafının təməlini qoyub və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına zəmin yaradıb. Sovet İttifaqının dağılmasından sonra isə zavodun tənəzzül dövrü başlayıb və istehsal tamamilə dayanıb. Prezident İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında Fərmanının icrası ilə bağlı görülən tədbirlər zavoda ikinci həyat verib.
Dövlətimizin başçısı müəssisədə istehsal olunan məhsulların sərgisinə baxıb. Müdafiə Sənayesi Nazirliyinin digər müəssisələrində olduğu kimi, HEM zavodunda da əsaslı yenidənqurma işləri aparılıb, inkişaf edən ölkələrin ən müasir və dünya standartlarına cavab verən yüksək texnologiyaları quraşdırılıb. Prezident İlham Əliyev zirehli maşınların istehsalı sexində olan “Motodor” maşınının göstəriciləri ilə tanış olub. Cənubi Afrika Respublikasının “Paramaunt qrup” şirkəti ilə müqaviləyə əsasən zavodda yığılan bu maşınlar texniki göstəricilərinə görə dünya standartlarına cavab verir. Azərbaycan MDB məkanında bu zirehli texnikanı buraxan yeganə ölkədir. “Paramaunt qrup”un prezidenti məlumat verib ki, 14 nəfərlik “Matador”un yükgötürmə qabiliyyəti 4500 kiloqramdır. Uzunluğu 6,57 metr, eni 2,47 metr olan “Matador” mailliyi 60 dərəcə olan yoxuşu qalxa bilir.
Dövlətimizin başçısına xatirə hədiyyəsi olaraq “Matador”un maketi təqdim olunub.
Zavod istehsalın həcmini ildən-ilə 25-30 faiz artırmaqla yeni növ məhsulların buraxılmasını qarşıya məqsəd qoyub. Bu məhsulların xaricə ixracı da nəzərdə tutulub. Son iki ildə müəssisə öz məhsullarını beynəlxalq sərgilərdə də uğurla nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

