Corat seçiciləri Referendum Aktının lehinə səs verəcək
14.03.2009 [15:52]
Referendumqabağı təşviqat kampaniyası çərçivəsində dünən “Yeni Azərbaycan” təşviqat qrupunun nümayəndələri Corat seçiciləri ilə görüş keçirib. “Yeni Azərbaycan” təşviqat qrupunun Sumqayıt şəhər şöbəsinin sədri Asif İmaməliyev ötən il dekabrın 26-da Milli Məclis tərəfindən, bu il martın 18-də ölkədə referendumun keçirilməsi haqqında qərar qəbul olunduğunu xatırladıb. Konstitusiyanın 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olduğunu deyən A.İmaməliyevin sözlərinə görə, bütövlükdə 29 maddəyə düzəlişlər təklif olunur. Bunlardan 18 maddəyə əlavə, 11 maddəyə isə əlavə və dəyişikliklər təklif olunur. O, qeyd edib ki, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər xalqın istəyindən irəli gəlir.
Natiq Konstitusiyanın bəzi maddələri üzrə təklif olunan dəyişikliklərin qüdrətli Azərbaycan və zəngin vətəndaş prinsiplərinə əsaslandığını deyib: “ümumiyyətlə, bütün maddələr ölkəmizin tərəqqisinə, əhalinin xoşbəxt gələcəyinə təminat verir. Amma elə maddələr var ki, birbaşa xalqın azad, demokratik və ən geniş iqtisadi-sosial hüquqlarının əhatə olunmasını şərtləndirir. Məsələn, Konstitusiyanın 12-ci maddəsinə təklif olunan dəyişikliklər insanların sosial həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Bundan başqa, 15-ci maddə onların gələcək iqtisadi inkişafı üçün dərin əsaslar yaradır. Vətəndaşların hüquq və azadlıqlarının daha da genişlənməsinə xidmət edən digər maddələr də təqdir olunacaq qədər mükəmməl dəyişikliklərdir”.
“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Nizami İsgəndərov bildirib ki, Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi zərurətdən yaranan bir məsələdir. “Konstitusiyalar, qanunlar mütləq həqiqət kimi qəbul olunmur, inkişaf olduqca daha da təkmilləşir, yeniləşir. Yəni bu və ya digər qanunların dəyişməsi zamanın tələbinə uyğun olaraq baş verir”.
Səlahiyyətli nümayəndə onu da bildirib ki, referenduma çıxarılan məsələlər cəmiyyətə bəllidir: “Bu məsələlər hələ prezident seçkiləri dövründə seçicilərlə görüşlərimiz zamanı insanlar tərəfindən səsləndirilən arzu və istəklərin ümumiləşdirilmiş formada təzahürüdür. Düşünürəm ki, insanlar bu dəyişikliklərin mahiyyətini başa düşür. çünki ümumxalq səsverməsinə çıxarılan dəyişikliklər insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, demokratik inkişaf prosesinin sürətləndirilməsinə, insan hüquqlarının qorunmasına xidmət edir. 41 dəyişikliyin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Belə dəyişikliklərdən biri də 101-ci maddədir ki, burada da vətəndaşların seçim hüququ bir daha müdafiə olunur”.
O, 41 dəyişikliyin hər birinin müsbət məna kəsb etdiyini deyib və onların mahiyyəti barədə ətraflı məlumat verib: “12-ci maddəyə təklif edilən dəyişikliyin mahiyyətində çox geniş fikir əhatə olunur. Belə ki, mövcud variantda “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir” fikri qeyd olunurdusa, bu gün təklif olunan variant “Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir” kimi ifadə olunur. Eynilə 15-ci maddədə də insan və vətəndaş hüquqlarına söykənən fikir təklif olunub. Əgər mövcud maddədə “Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır” fikri yazılıbsa, bu gün “sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır” sözləri təklif olunub”.
Tədbirdə fikirlərini bölüşən iştirakçılar Konstitusiyada təklif edilən əlavə və dəyişiklikləri mütərəqqi islahatlar kimi dəyərləndirib və 18 martda keçiriləcək referendumda fəal iştirak edəcəklərini diqqətə çatdırıblar.
Görüş maraqlı dialoq şəraitində davam edib. Seçicilər Konstitusiya islahatları ilə bağlı maraqlandıqları suallara ətraflı cavablar alıblar.
Xəbər lenti
Hamısına baxSosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:55
Gündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30

