Gənclər davamlı inkişafa - Referendum Aktının lehinə səs verəcək
13.03.2009 [09:42]
Dünən martın 18-də keçiriləcək referendumla əlaqədar Xətai rayonunda “Davamlı inkişaf naminə” təşviqat qrupu rayonun gəncləri ilə görüş keçirib. Tədbirdə çıxış edən təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Vüsalə Hüseynova bildirib ki, təbliğat kampaniyasına start verilən gündən şəhərdə və kəndlərdə sakinlərlə bir sıra görüşlər keçirilib və referendumla bağlı geniş izahat işləri aparılıb: “Respublikamızın Əsas Qanununa təklif olunan əlavə və dəyişikliklərin hər birinin hüquqi mənası bütün təfərrüatı ilə onların diqqətinə çatdırılıb”.
O, qeyd edib ki, xalqımız referendumun keçirilməsinin hansı zərurətdən yarandığını yaxşı başa düşür: “Xalq ümumxalq səsverməsinə çıxarılacaq maddələrin zəruri olmasını, yüksək inkişafın təmin edilməsi üçün iqtisadi-sosial tələbdən meydana çıxmasını çox yaxşı başa düşür. İnsanlarla söhbətlər zamanı məlum olur ki, Konstitusiyaya təklif olunan bir çox maddələrin dəyişdirilməsi vətəndaşların istəklərini əks etdirir. Buna görə də, əminliklə demək olar ki, xalq bu dəyişiklikləri özlərinin gələcək taleyinin əsaslı, müsbət təməllərinin bünövrəsinin qoyulması kimi dəyərləndirir”.
“Davamlı inkişaf naminə” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Elməddin Behbudun sözlərinə görə, xalqımızın bu dəyişiklikləri dəstəkləməsinin bir çox siyasi-iqtisadi səbəbləri var. Belə ki, bütün vətəndaşlar ölkəmizdə sabitliyin möhkəmlənməsini, iqtisadi islahatların davamlı olmasını, demokratik dəyərlərin daha da geniş xarakter almasını istəyir. Onlar bu islahatları apara biləcək yeganə siyasi lider kimi ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevi görürlər: “Bütün insanlar ümummilli lider Heydər Əliyevin siyasətini həmişə dəstəkləyərək respublikamızın inkişafına və tərəqqisinə xidmət edən islahatların həyata keçirilməsində fəal iştirak edib, bu strategiyanın uzunmüddətli və davamlı olması üçün indiyədək keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədinə səs verib”.
Təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Nərgiz Seyidzadə isə söyləyib ki, xalq Prezident İlham Əliyevin davamlı inkişafa hesablanmış siyasi kursu dərinləşdirməklə, şaxələndirməklə ölkəmizin həyatında yeni inkişaf mərhələsini təmin edəcəyinə inanır: “Bu cür dəyişikliklərin mahiyyəti də həmin siyasətin tərkib hissəsidir. ölkə vətəndaşları bəyan edirlər ki, Konstitusiyaya təklif olunan dəyişikliklər tarixi zərurətdir və zamanın tələbindən irəli gəlir. Eyni zamanda, sosial sifariş olan bu dəyişikliklər xalqın istəyinin təzahürü kimi qiymətləndirilməlidir”.
Tədbirin sonunda gənclər bir daha xalqın, dövlətçiliyin mənafeyinə, maraqlarına uyğun olan əlavə və dəyişiklikləri dəstəklədiklərini bildirib və martın 18-də Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklərini bəyan ediblər.
Tədbir musiqili proqramla davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49

