Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın xarici işlər üzrə federal nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın xarici işlər üzrə federal nazirini qəbul edib

24.10.2014 [09:35]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayeri qəbul edib.
Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, təhlükəsizlik və digər istiqamətlərdə inkişafı və görüləcək işlərlə bağlı müzakirələrin aparılması üçün yaxşı fürsət yaratdığını qeyd edən dövlətimizin başçısı əməkdaşlığımızın geniş sahələri əhatə etdiyini vurğulayıb.
Nazir Frank-Valter Ştaynmayer ölkəmizə son səfərini məmnunluqla xatırlayıb, həmin səfərdən keçən dövr ərzində Bakıda çox böyük inkişafın şahidi olduğunu qeyd edib. O, Azərbaycan ilə Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən təhsil, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 746 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31