Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub
30.09.2014 [09:36]
AzərTAc xəbər verir ki, sentyabrın 29-da Həştərxanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
Rusiya Prezidenti Vladimir Putin deyib: “Çox hörmətli İlham Heydər oğlu.
Çox hörmətli həmkarlar.
Mənə çox xoşdur ki, Xəzəryanı ölkələrin Sammiti çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşürəm. Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə dostluq və etimad xarakteri daşıyıb. Biz çox şadıq ki, münasibətlərimiz bu ruhda inkişaf edir, özü də müxtəlif istiqamətlərdə, o cümlədən ən həssas sahələrdə. Dünya və Rusiya iqtisadiyyatında bəzi problemlərə baxmayaraq, iqtisadi sahədə də irəliləyiş var. Biz son vaxtlar əmtəə dövriyyəsində çox böyük olmasa da, artım müşahidə edirik - 2 faiz, hər halda bu, artımdır. Biz həmişə görüşməyə, bütün ikitərəfli məsələlərimiz barədə bir daha müzakirə və fikir mübadiləsi aparmağa şadıq”.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç.
İlk növbədə, Sizi bizim ümumi qənaətimizcə, irəliyə doğru addım olan Sammitin uğurla başa çatması münasibətilə təbrik etmək istəyirəm. Sammitdə olduqca vacib qərarlar qəbul edildi. Tərəflərin yaxınlaşması baxımından bu qərarlar Xəzər regionunda sonrakı əməkdaşlıq üçün əhəmiyyətli rol oynayacaq. O ki qaldı bizim ikitərəfli münasibətlərimizə, çox şadam ki, aramızda mütəmadi dialoq davam edir. Biz keçən ay və bu gün görüşdük. Bu, bizim münasibətlərimizin səviyyəsinin göstəricisidir. Bu müddətdə bizim nümayəndə heyətlərinin də qarşılıqlı görüşləri olub. Bizim aramızda bütün istiqamətlər üzrə - iqtisadi, siyasi, energetika sahələrində, humanitar məsələlərlə bağlı əməkdaşlıqda çox yaxşı dinamika davam edir. Biz bu yaxın günlərdə Humanitar Forum keçirəcəyik. Bu Forum Rusiya və Azərbaycanın nümayəndələrinin təşəbbüsü ilə yaranıb. Biz bütün istiqamətlər üzrə dinamika və müsbət irəliləyiş müşahidə edirik, buna çox şadıq. Fikirləşirəm ki, bundan sonra da ölkələrimizin münasibətlərində yaxşı məqamları görəcəyik. Bir daha qonaqpərvərliyə görə çox sağ olun”.
***
Həştərxanda Azərbaycan və Rusiya hökumətləri arasında sənəd imzalanıb
AzərTAc xəbər verir ki, sentyabrın 29-da Həştərxanda Azərbaycan və Rusiya hökumətləri arasında sənəd imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imzalanma mərasimində iştirak ediblər.
Rusiya Hökuməti və Azərbaycan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması barədə Sazişi Rusiya tərəfdən iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, Azərbaycan tərəfdən isə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27

