/ / Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub
12.08.2014 [09:54]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası uğurla həyata keçirilir. Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yaşıllıqlar salınır.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu istiqamətdə görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Qeyd edilib ki, 115 nömrəli məktəbin binası 1965-ci ildə inşa olunub. Dövlətimizin başçısının tapşırıqlarına əsasən 5 min kvadratmetr tikinti sahəsi olan məktəbdə yeni dərs ili ərəfəsində əsaslı yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib. 47 sinif otağından ibarət 1380 şagird yerlik məktəbdə dərslər əsasən iki növbədə keçiriləcək. Məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri yüksək səviyyədə təmir olunub və lazımi ləvazimatla təchiz edilib.
Prezident İlham Əliyev sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış olub.
Məktəbin akt zalı, yeməkxanası, açıq və örtülü idman meydançaları da ən müasir standartlara uyğun şəkildə yenidən qurulub. Təhsil ocağının bir hektarlıq həyətyanı sahəsində abadlıq və quruculuq işləri həyata keçirilib, yaşıllıqlar salınıb. İstilik və işıqlandırma sistemləri də müasir standartlar səviyyəsindədir. Məktəb içməli və texniki su sistemləri ilə təchiz edilib.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28

