13-cü görüş...
01.05.2026 [11:17]
Ermənistan ilə Azərbaycan arasında növbəti ikitərəfli müzakirələr
Nələr müzakirə edildi, nələr razılaşdırıldı?
Azərbaycanın Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının qurulması, davamlı sülhün formalaşdırılması istiqamətində apardığı siyasət öz nəticəsini verməkdədir. Ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması ilə yeni bir mərhələyə qədəm qoyan proses iki ölkənin nümayəndələrinin vasitəçisiz formatda keçirilən görüşləri ilə davam etdirilir - müvafiq komissiyaların görüşü zamanı detallar müəyyənləşdirilir, gələcək işlərin istiqamətləri razılaşdırılır. Yeri gəlmişkən, aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.
Təlimat layihələrinin mətnləri razılaşdırılıb...
Görüş zamanı tərəflər delimitasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası haqqında Təlimat”, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında Təlimat”, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında Təlimat” layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər. Tərəflər bu təlimatların müvafiq qaydada təsdiq edilməsi üçün öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının ərazisi ilə Ermənistan Respublikasına yüklərin tranziti uğurla həyata keçirilir və hazırda da davam edir. Məmnunluqla vurğulanıb ki, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında iqtisadi-ticari əlaqələrin formalaşmasının göstəricisidir. Həmçinin tərəflərin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə iqtisadi-ticari əməkdaşlığın inkişafı, malların və xidmətlərin qarşılıqlı tədarükü, həmçinin tranzit daşımaları məsələləri müzakirə olunub. Komissiyaların görüşünün yekunlarına dair müvafiq Protokol imzalanıb.
İkitərəfli, vasitəçisiz görüşlərin yaratdığı effekt...
2023-cü ilin payızından etibarən iki dövlətin müvafiq delimitasiya komissiyaları arasnda baş tutan bu görüşlər, aparılan müzakirələr və əldə edilən razılaşmalar bir faktı önə çıxarıb - üçüncü tərəfin iştirakı olmadan Azərbaycan və Ermənistan öz aralarında vacib məsələlərlə bağlı razılıq əldə etmək imkanındadırlar. Bu kimi görüşlər növbəti mərhələlərdə görüləcək işlərlə bağlı yeni perspektivlər formalaşdırır. Bu isə öz növbəsində sülhü daha da yaxınlaşdırır - dövlət sərhədlərinin müəyyənləşməsi, delimitasiya və demarkasiyanın həyata keçirilməsi qarşıdakı dövrdə münasibətlərin normallaşması üçün də stimul yaradır. Xüsusilə, hazırki sülhlə bağlı Vaşinqton prosesinin daha da irəliyə aparılması istiqamətində səylərin və iradələrin nümayişi, mövqelərin daha da yaxınlaşmasına yol açır - məhz ikitərəfli təmaslar nəticəsində iki ölkənin müvafiq dövlət strukturları arasında birgə açıqlamalar yayılır. Bu isə yeni dövrdə prosesin daha da inkişaf etdirilməsində olduqca əsaslı nəticələr verə bilər.
Ermənistan sülh prosesinin dividendlərini öz həyatında hiss edir...
Azərbaycan hər zaman sülhün və beynəlxalq hüququn tərəfdarı kimi çıxış edib - hətta 30 illik işğal dövründə belə ölkəmiz sülhpərvər mövqedən geri çəkilməyib. Ardıcıl olaraq bu istiqamətdə addımların davam etdirilməsi isə Vaşinqtonda iki ölkənin sülh sazişinin paraflanmasını imzalanması ilə nəticələnmişdi - yəni, Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan proseslər münasibətlərin yaxınlaşmasında əsaslı rol oynayır. Birmənalı şəkildə qeyd olunmalıdır ki, uğurlu nəticəyə imza atılması yenə də Azərbaycanın adı ilə bağlıdır - illərdir ki, ikitərəfli təmasların yarada biləcək üstünlüklərini önə çəkən dövlətimiz Ermənistanın da vasitəçisiz olaraq danışıqlar aparmasına nail oldu. İndiki mərhələdə isə Ermənistanın sülh qarşılığında əldə edəcəyi üstünlüklər əyani şəkildə ortaya qoyulur. Artıq Azərbaycan Ermənistana neft məhsulları ixrac edir, ölkəmizdən tranzit şəkildə İrəvana doğru yüklərin keçiriliməsinə şərait yaradır. Zəngəzur dəhlizinin (TRİPP) açılması ilə bağlı razılığın əldə olunması isə bütövlükdə Cənubi Qafqaz regionu üçün, fərdi olaraq isə Ermənistan üçün geostrateji, geoiqtisadi, geosiyasi mənada yeni üfiqlər açmaqla yanaşı, yaşadığımız coğrafiyada dövlətlərarası münasibətlərə yeni bir ruh qazandırır. Artıq Cənubi Qafqaz Şərq-Qərb, Şimal-Cənub qlobal cəhətlərarası münasibətlərdə əsaslı dönüş nöqtəsi rolunu oynayacaq. Sülh prosesində əsaslı yolun gedildiyini nəzərə alsaq, bu kimi görüşlər və müzakirələr qısa zamanda nəticəyə nail olunacağına da ümid yaradır. Azərbaycanın mövqeyi hər zamankı kimi, açıq və şəffafdır: Bakı Cənubi Qafqazda əbədi sülhün yaranması, qütblərarası münasibətlərdə yeni bir cığırın açılması, qlobal inteqrasiyanın sürətlənməsi üçün səy göstərir. Yeni ticari münasibətlərin ən vacib geostrateji nöqtəsi sayılan Cənubi Qafqazın sabit və inkişafa yönəlik üstünlükləri göz önünə çıxarıldılar və bütün bunlar yeni dividendlər vəd edir.
Sülh üçün səfərbərlik - Vaşinqton prosesi uğurlu nəticə vəd edir
Ən mühüm nümunə də məhz Vaşinqton görüşünə ev sahibliyi etmiş ABŞ-ın məsələyə münasibətidir. Rəsmi Vaşinqton ölkəmizin regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir və Prezident Tramp bu faktı həm imzası ilə təsdiqləyib, həm də görüşdən sonra dəfələrlə dilə gətirib. Azərbaycan liderinin fəaliyyətini yüksək dəyərləndirməklə, ölkəmizi etibarlı tərəfdaş adlandırmaqla Prezident Tramp bir daha ABŞ-ın Azərbaycanla strateji əlaqələrdə maraqlı olduğunu ortaya qoyub. Çünki Bakının qətiyyəti ilə yaranan sülh prosesi bütövlükdə qlobal ticarətə yeni bir stimul qazandıracaq. Bunun üçün isə Ermənistan sülhlə bağlı son addımlarını tezləşdirməlidir. Ən əsas şərt isə rəsmi İrəvanın özünün Konstitusiyasında dəyişiklik etməsi, Azərbaycana qarşı olan əsassız torpaq iddialarından əl çəkməsi və sülhün, sabitliyin davamlı, əbədi olmasına töhfə verməsidir. Ortadakı razılaşmalar, rəsmi İrəvanın bu yöndəki yanaşması isə yeni dövr üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Ermənistanın dövlət sərhədlərinin müəyyənləşidirilməsi ilə bağlı prosesin inkişafına tərəfdar olduğunu bildirməsi, özlüyündə regional sabitlik üçün müəyyən təkandır. Eləcə də Konstitusiya dəyişikliyi ilə bağlı müsbət siqnalların verilməsi prosesin müsbət nəticəyə daha da yaxınlaşmasını təmin edir. Beləliklə, yaxın gələcək üçün proqnozlaşdırılan hadisələrin inkişafı geostrateji baxımdan Cənubi Qafqazda sabitliyin təminini zəruri edir - həm iqtisadi yönümlü layihələrin reallaşması, həm də siyasi trafiklərin fonunda bölgə ilə bağlı reallıqların daha da irəliyə aparılması üçün bu kimi görüşlər, müzakirələr və təmas olduqca vacib təsir bağışlayır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

