Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisini qəbul edib

Prezident İlham Əliyev Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisini qəbul edib

21.11.2013 [09:53]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendrini qəbul edib.
Çarlz Hendri yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. O, Böyük Britaniyanın Baş naziri Devid Kemeronun salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb.
Prezident İlham Əliyev Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Böyük Britaniya ilə müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində sıx əlaqələr yaradıldığını və əməkdaşlığımızın uğurla davam etdirildiyini məmnunluqla bildirib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin perspektivləri, birgə layihələrin işlənilməsi, regional əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Devid Kemeronun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Böyük Britaniyanın Baş nazirinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 2189 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30