Sənayeləşmədə yeni mərhələ...
29.11.2025 [12:18]
Qeyri-neft iqtisadiyyatının aparıcı artım mənbəyi
Azərbaycanda sənayeləşmə təkcə iqtisadi siyasətin tərkib hissəsi kimi deyil, həm də uzunmüddətli dayanıqlı inkişafın təməli kimi müəyyən edilib. Bu hədəf strategiyasına uyğun olaraq, ölkəmizdə yeni mərhələyə daxil olmuş sənayeləşmə milli istehsalın artması ilə yanaşı, həm də onun səmərəliliyinin və rəqabət qabiliyyətinin güclənməsinə töhfə verməkdədir. Son illərdə sənaye zonalarının inkişafını təmin edən investisiya təşviqləri sayəsində müasir texnologiyaların tətbiqi, ən qabaqcıl innovasiya infrastrukturunun qurulması və ixracı stimullaşdıran güclü ekosistemlərin yaradılması geniş vüsət almaqdadır. Bu baxımdan Prezident İlham Əliyevin bugünlərdə açılışını etdiyi “AZWOOL” mineral daş yunu zavodu ölkə sənayesinin yeni qollarından biri olmaqla milli sənaye istehsalına dəyər qatacaq müəssisələrdən biri hesab edilə bilər. Qeyri-neft sənayesində və milli ixracımızda özünəməxsus yeri olan “Matanat-A” şirkətinin yeni istehsal bölməsi olan zavod inşaat materialları sektorunda potensialımızı artıracaq.
Ərazisi 10 hektar olan “AZWOOL” mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb ki, bu da innovasiyayönümlü istehsalın yaradılması deməkdir. İllik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunu olan müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır ki, bu da digər sənaye sahələri ilə əlaqəlini təmin etməklə, məşğulluq üçün də mühüm əhəmiyyət kəsb edir.
İnvestisiya dəyəri 43 milyon manat təşkil edən zavod tikinti sektorunda istifadə olunan, ekoloji cəhətdən təmiz mineral daş yunu istilik və səs izolyasiyasını təmin etməklə yanaşı, enerjiyə qənaətə imkan yaradır. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsullardan biridir. Ona daxili və xarici bazarda böyük tələbat var. Zavodun açılışı yerli istehsalın təşviqi, daxili bazarın tələbatının ödənilməsi və xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Müəssisə ölkəmizin mineral daş yununa tələbatını ödəməklə yanaşı, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstan, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək.
Sənaye parkları ixracın artmasını təşviq edir
Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafının təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət və dövlətin təşviqedici qərarları sayəsində rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların daha geniş tətbiq olunduğu güclü sənaye zonaları bloku formalaşıb. Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması və digər sənaye zonalarında yeni rezidentlərin qeydə alınması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir. Həmçinin cari ilin ortalarında fəaliyyətə başlayan “Laçın Aqro-Sənaye Parkı”ndakı “PIRSHAGHI” və “LATIFA” fabrikləri ölkəmizin sənaye zəncirinə qoşulmaqla ölkə iqtisadiyyatına reinteqrasiyanı təmin etməkdədir.
Naxçıvan və Gəncədə innovativ sənaye bloku yaradılır
Hazırda Naxçıvan Muxtar Respublikasında yaradılan Naxçıvan Sənaye Parkı ölkəmizin iqtisadi imkanlarının daha da artması, qeyri-neft sektorunun davamlı inkişafı və qeyri-neft resurslarının tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Sənaye Parkının yaradılması ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasına əlavə güc qatacaq. Bu sənaye parkı Azərbaycanın sənaye ixracına qoşulmaqla qeyri-neft sənayesinin inkişafına da mühüm töhfələr verəcək.
Eləcə də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “AzerBlast” MMC tərəfindən Gəncə şəhərində ölkəmizdə ilk dəfə olaraq sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun inşası davam etdirilməkdədir. Ümumi sahəsi 5 min 665 kvadratmetr olan istehsal müəssisəsi regionların sosial-iqtisadi inkişafına dair dövlət siyasətinə uyğun olaraq Kəpəz rayonunda, 15 hektar ərazidə inşa edilir. İllik istehsal gücü 31 min ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub. Müasir istehsalat texnologiyaları əsasında qurulan müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri “H-ANFO”, “ANFO”nun istehsalı həyata keçiriləcək.
10 ayda 52 milyard manatdan çox sənaye məhsulu istehsal olunub
Ümumilikdə, respublikamızda fəaliyyət göstərən 9 sənaye parkının potensialının artması qeyri-neft sənayesinin inkişafını təmin etməklə, bu sektorun əsas əlavə dəyəri formalaşdıran fiskal sahə olduğunu göstərir. Bu ardıcıl xarakter daşıyan sənayeləşmə strategiyasının nəticəsidir ki, sənayenin ÜDM-də və qeyri-neft ixracında payı yüksəlir. Son 5 ildə Azərbaycanın sənaye zonalarına 750 milyon manatdan çox investisiya yatırılıb, 12 milyard manatlıq məhsul satışı həyata keçirilib və 4 milyard manatdan çox sənaye məhsulu ixrac edilib. Sənaye zonalarında istehsal edilən məhsullar 50-dən artıq ölkəyə ixrac olunur.
2025-ci ilin yanvar-oktyabr aylarında ölkəmizdə 52,6 milyard manat həcmində sənaye məhsulu istehsal olunub ki, əlavə dəyərin əsas hissəsi qeyri-neft sənaye sektorunda yaradılıb. Qeyri neft-qaz sənayesində dəyər 4,9 faiz artmaqla, sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.
Sənaye sahəsinin inkişafı prioritetdir
“Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində sənayenin inkişafı prioritet olaraq müəyyənləşdirilib. Dövlət sənaye sahəsinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, müxtəlif sənaye parkları və məhəllələri yaradılacaq, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracı stimullaşdırılacaq. Sənədə əsasən, qeyri-neft-qaz sənayesi hər il orta hesabla 8,4 faiz artacaq, sənaye zonalarının qeyri-neft sənaye istehsalında payı 15 faiz, ixracda payı isə 25 faiz olacaq.
Dövlətin institusional, iqtisadi və stimullaşdırıcı dəstəyi isə Azərbaycanın yeni sənaye transformasiyasına keçidi sürətləndirməklə, qabaqcıl texnologiyalar və təcrübə mübadiləsinə imkan verən qlobal dəyər zəncirinə inteqrasiyasını təmin edəcək. Bu, öz növbəsində qeyri-neft iqtisadiyyatının aparıcı artım mənbəyi kimi sənayenin aparıcı mövqeyini daha da möhkəmləndirəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33

