Qardaş Türkiyədən minnətdarlıq jesti
02.07.2025 [10:56]
Yaxşılıq heç vaxt unudulmur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına göstərdiyi köməyə görə Azərbaycana bir daha təşəkkür edib. Türkiyə Lideri bu barədə iyunun 30-da Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə çıxışında bildirib.
Qardaş ölkənin dövlət başçısının dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında göstərdiyi dəstəyə görə bir daha ölkəmizə minnətdarlığını ifadə etməsi təsadüfi deyil. Məlumdur ki, təbii fəlakətin miqyası kifayət qədər böyük olub. Dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Azərbaycan Türkiyənin üzləşdiyi bu faciəni elə ilk gündən öz kədəri kimi qəbul edib.
Çətin günlərin dostları
İki qardaş ölkə və xalq xoş günlərin sevincini bir-biri ilə bölüşməyə tələsdikləri kimi, çətin məqamlarda da həmişə bir yerdə olurlar. Buna aid çoxlu nümunələr gətirmək mümkündür. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verib. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir.
Öz növbəsində Azərbaycan da ən çətin vaxtlarında Türkiyəni tək buraxmır. Azərbaycan indiyədək Ermənistanın qardaş ölkəyə qarşı irəli sürdüyü saxta soyqırımı və ərazi iddialarının beynəlxalq səviyyədə ifşa olunmasında mühüm rol oynayıb. 2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə xəyanətkar qüvvələr tərəfindən dövlət çevirilişinə cəhd göstərildi. Təbii ki, həmin gecə Azərbaycan xalqının da ürəyi qardaş Türkiyə ilə döyünürdü. Dövlət çevrilişinə cəhd hadisələri Azərbaycanın siyasi rəhbərliyi, şəxsən Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə qınanıldı və Türkiyənin qanuni hakimiyyətinə həmrəylik nümayiş etdirildi.
Türkiyədə episentri Kahramanmaraş şəhərinə düşən 7,7 və 7,6 bal gücündəki dağıdıcı zəlzələ zamanı iki qardaş xalqın dostluğu növbəti dəfə sınaqdan çıxdı. Belə ki, Azərbaycan Türkiyəyə yardıma birinci gələn və fəlakət bölgəsini sonuncu tərk edən ölkə olub. Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 7-də ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə göndərilib. Daha sonra isə növbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner göndərilib. Fevralın 8-də Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Dövlət xətti ilə texniki dəstək və humanitar yardımlar sonrakı günlərdə də ardıcıl şəkildə davam etdirilib.
Bundan başqa, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardımlar yola salıb. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verib. Deyə bilərik ki, Heydər Əliyev Fondunun çağırışı ilə bu kampaniyaya bütün Azərbaycan cəmiyyəti qoşulub.
Kahramanmaraşda yaradılan “Azərbaycan məhəlləsi”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəhs olunan tədbirdə Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin açılışını xatırladıb. “Qardaşım İlham Əliyevlə birlikdə Azərbaycan məhəlləsinin açılışını etdik. Fəlakətin ilk günündən ölkəmizə yardım əlini uzadan Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm”, - deyə o vurğulayıb.
Cari il iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan məhəlləsi”nin açılması liderlərin tədbirdə vurğuladıqları kimi, iki ölkənin qardaşlığının növbəti rəmzidir. Məhəllənin tikintisinə 100 milyon ABŞ dolları (170 milyon AZN) vəsait ayrılıb və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilib. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. “Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.
Bu layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin əyani nümunəsidir. “Azərbaycan məhəlləsi” iki ölkə arasında humanitar həmrəyliyin və strateji tərəfdaşlığın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

