Naxçıvanda yeni İES tikiləcək - Sərəncam
23.12.2024 [14:27]
Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti beynəlxalq təcrübə nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi üçün potensial tərəfdaş investorlarla danışıqlar aparılmasını, məsləhətçi şirkətlərin cəlb edilməsini, Texniki İqtisadi Əsaslandırmanın və digər layihə sənədlərinin hazırlanmasını və layihənin həyata keçirilməsi ilə bağlı yekun təkliflərin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla beş ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsini təmin etməlidir.
Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə tikiləcək yeni istilik elektrik stansiyasının ötürücü şəbəkəyə qoşulması və bundan irəli gələn digər zəruri infrastrukturun təkmilləşdirilməsi üzrə işlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin layihənin həyata keçirilməsi mərhələsinə uyğun olaraq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə (investisiya xərcləri) nəzərə alınmasını təmin etmək, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla istilik elektrik stansiyasının tikilməsi üçün torpaq sahəsi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə təqdim edilməsini və bundan irəli gələn məsələlərlə əlaqədar müvafiq tədbirlər görülməsini bir ay müddətində təmin etməlidir.
Həmçinin “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə istilik elektrik stansiyasının Naxçıvan Muxtar Respublikasının enerji sisteminə qoşulması, enerji sisteminin tənzimlənməsi və Naxçıvan Muxtar Respublikasının daxili tələbatının ödənilməsi üçün zəruri olan elektrik enerjisi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

