Ədəbiyyat İnstitutunda professor Teymur Əhmədovun 90 illiyinə həsr olunmuş elmi sessiya
29.12.2020 [09:35]
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli filologiya elmləri doktoru, professor Teymur Əhmədovun 90 illik yubileyinə həsr olunmuş onlayn elmi sessiya keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisənin direktoru, akademik İsa Həbibbəyli çıxışında Teymur Əhmədovu Azərbaycan ədəbiyyatşünaslıq elminin ağsaqqalı kimi xarakterizə edib. Qeyd edib ki, o, iki cəhətinə görə rekorda imza atıb. Birincisi, 90 yaşına çatan alim kimi, ikincisi 90 yaşında da yazıb-yaradaraq mətbuatda müntəzəm olaraq çap olunan ziyalı kimi.
Akademik əlavə edib ki, onun yazdıqları ilkin mənbələrə söykənən ciddi mətnlərdir, özünəməxsus üslubunun əsasını akademik üslub təşkil edir. Bununla belə, qəzetdə işlədiyi üçün publisistik üslubu da özünəməxsusdur. Bir sözlə, onun sabit üslubu var, öz fərdi üslubunu təsdiq edib. Teymur Əhmədov nərimanovşünaslığı xüsusi elmi istiqamətə çevirib, qırx il bu istiqamətdə tədqiqatlar aparıb. O, Azərbaycan nərimanovşünaslığının yaradıcısı və ən görkəmli nümayəndəsidir. Onun yaradıcılığında faktla, mənbə ilə, arxiv sənədləri ilə, dövri mətbuatla işləmək mədəniyyəti var. Bu il Nəriman Nərimanovun ikicildliyini ortaya qoydu. “Nəriman Nərimanov” monoqrafiyasını təkmilləşdirib yenidən çap etdirdi. Həm də Nəriman Nərimanov haqqında altı dildə tanıtma kitabı nəşr etdirib. Bundan başqa, Mirzə İbrahimov, Mir Cəlal Paşayev haqqında da sanballı tədqiqatların müəllifidir.
Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli “Sənətkarın elmi pasportu seriyası”nda işıq üzü görən “Teymur Əhmədov: ədəbiyyat və mətbuat” kitabı haqqında iştirakçılara məlumat verərək yubilyara təbriklərini çatdırıb.
Sessiyada “Professor Teymur Əhmədovun ədəbiyyatşünaslıq görüşləri”, “Füyuzat” jurnalında professor Teymur Əhmədovun türk dili və ədəbiyyatı haqqında görüşlərinə dair”, “Professor Teymur Əhmədovun ədəbiyyatşünaslıq görüşlərində akademik Mirzə İbrahimovun rolu”, “Professor Teymur Əhmədov və Azərbaycan mətbuatı” və s. mövzularda məruzələr dinlənilib.
Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd, filologiya üzrə fəlsəfə doktoru, “Respublika” qəzetinin baş redaktor müavini Hümbət Musayev, “Füyuzat” jurnalının redaktoru Mübariz Yunis, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli çıxışlarında yubilyarın həyat və fəaliyyətinin müxtəlif tərəflərindən söz açıblar.
Sonda Teymur Əhmədov həmkarlarına ona belə yüksək qiymət verdikləri üçün təşəkkürlərini çatdıraraq deyib: “Taleyimin 60 ili Ədəbiyyat İnstitutu ilə bağlıdır. 60 ilin 30 ilini Nəriman Nərimanovun tədqiqatı ilə məşğul olmuşam. Mən 24 yaşımda bu məbədə gəlmək üçün yeddi il hazırlaşmışam. 1995-ci ildə ulu öndər Heydər Əliyev məni çağırıb “Respublika” qəzetinə baş redaktor təyin etdi. 25 ildir bu işdə çalışıram. “Füyuzat” jurnalının 100 illiyindən sonra onun davamı kimi mən jurnalı bərpa etdim”.
Yubilyar 90 illik yubileyini torpaqları düşmən işğalından azad olunmuş Azərbaycanın vətəndaşı kimi qeyd etməsi sevincinə görə Müzəffər Ali Baş Komandana xüsusi təşəkkürlərini çatdırıb. Prezident İlham Əliyevin böyük diplomatiyasının nəticəsi olaraq Kəlbəcər və digər çətin relyefə malik rayonlarımızın bir güllə atılmadan, şəhid vermədən azad edilməsini əsl Qələbə adlandırıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10

