ADA Universitetində Lütfi Zadənin elmi irsinə həsr edilən konfrans keçirilir
24.10.2019 [09:48]
Oktyabrın 23-də ADA Universitetində “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi (AICT 2019)” mövzusunda 13-cü beynəlxalq konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev görkəmli alim Lütfi Zadənin elmi irsinə həsr olunan konfransın informasiya-kommunikasiya texnologiyalarının (İKT) beynəlxalq tətbiqi sahəsinə töhfə verəcəyini bildirib.
ADA-da fəaliyyət göstərən İnformasiya texnologiyaları və mühəndislik fakültəsi barədə məlumat verən rektor qeyd edib ki, universitetdə Lütfi Zadənin irsinə həsr olunan təqaüd proqramı təsis edilib. Bu təqaüd ADA Universitetində təhsil aldıqları müddət ərzində fakültənin akademik göstəricilərini yüksək saxlamağı bacaran tələbələrinə verilir. Diqqətə çatdırılıb ki, dünyanın 20-dən çox ölkəsinin alim və mütəxəssisləri konfransda bir araya gələrək İKT-nin elm, təhsil, biznes, sənaye, idarəetmə, tibb, sosial və humanitar sahələrdə tətbiqi ilə bağlı ən son yenilikləri bölüşəcək, müzakirə və təbliğ edəcəklər.
Daha sonra AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev qeyd edib ki, builki AICT konfransının Azərbaycanda anadan olan, inanılmaz nailiyyətləri ilə bütün dünya ictimaiyyətinə xidmət edən və nəhayət, öz istəyinə görə Vətəni Azərbaycanda dəfn olunan professor Lütfi Zadənin xatirəsi və elmi irsinə həsr olunması böyük şərəfdir. Qeyri-səlis texnologiyaların vətəni kimi tanınan Azərbaycanın gələcəkdə 4-cü sənaye inqilabı dövründə bütün “ağıllı” qurğular, intellektual kiber-fiziki sistemlər, Big Data analitikası və digər süni intellektə əsaslanan varlıqlar üçün lokomotiv olacağı danılmazdır. Akademik deyib: “Süni intellekt, Soft Computing və digər qeyri-səlis “ağıllı” texnologiyaların nəzəri əsaslarının inkişaf etdirilməsi və insan fəaliyyətinin müxtəlif sahələrində tətbiq edilməsi Azərbaycan elminin prioritet istiqamətlərindən biridir”.
O, Prezident İlham Əliyev tərəfindən potensialın artırılması, postsənaye cəmiyyətinin müxtəlif sahələrində yüksək texnologiyaların tətbiqi və məlumatlandırma prosesinin sürətləndirilməsi üçün bir çox strateji layihələr, dövlət proqramları və konsepsiyalar qəbul edildiyini diqqətə çatdırıb.
ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubov XXI əsrin informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu vurğulayıb, qloballaşma dövründə İKT-nin böyük əhəmiyyətindən söz açıb. Araz Yusubov rəhbərlik etdiyi fakültədə bu sahədə ixtisaslaşmış kadrların hazırlandığını, beynəlxalq tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, tədbir “Paşa Bank”ın baş sponsorluğu və Konvensiya Bürosunun dəstəyi ilə keçirilir.
“AICT 2019” konfransına ADA Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Malayziya Sabah Universiteti, IEEE Azərbaycan şöbəsi və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu texniki dəstək verir.
Təqdim olunan məruzələr İKT-nin tətbiqi ilə bağlı elmi-nəzəri yenilikləri, ən son texnologiyaları, standartları, məhsulları və layihələri əhatə edir.
Oktyabrın 24-dək davam edən “AİCT 2019” konfransı çərçivəsində elmi məruzələrlə yanaşı, ustad dərsləri və nümayəndə heyətləri arasında işgüzar görüşlər təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxGündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Sosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40

