AzMİU-da respublika elmi-praktik konfransı keçirilib
20.12.2018 [10:16]
Dekabrın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsinin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı öz işinə başlayıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, konfransda Milli Məclisin deputatları, aparıcı ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak ediblər.
Tədbiri açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi ali məktəbdə 2018-ci il ərzində keçirilmiş müxtəlifyönümlü beynəlxalq və respublika miqyaslı elmi konfranslar barədə məlumat verib. Rektor bildirib ki, bugünkü konfransın keçirilməsində məqsəd elmi mühitin milli iqtisadiyyatın inkişafının aktual problemlərinin tədqiqinə cəlb olunması, qazanılmış elmi nəticələrin paylaşılması və müzakirəsi üçün platforma təqdim etməkdir.
Rektorun geniş və əhatəli çıxışından sonra konfrans plenar iclasda davam etdirilib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “İqtisadi islahatlar inkişafın əsasıdır” mövzusunda məruzə ilə çıxış edib. Komitə sədri Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətinin artırılması sahəsində görülən işlər haqqında danışıb.
“Azərbaycanın yeni iqtisadi inkişaf modeli” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin deputatı Əli Məsimli qeyd edib ki, ölkənin sosial, iqtisadi inkişafını xarakterizə edən statistik məlumatların təhlili bu gün Azərbaycanda yeni, mükəmməl milli iqtisadi inkişaf modelinin formalaşdırıldığını göstərir.
AMEA-nın aqrar məsələlər üzrə müşaviri Qərib Məmmədovun “Müasir şəraitdə aqrar islahatların respublikamızın tərəqqisində rolu” mövzusunda məruzəsində regionların iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün görülən işlərdən və son illərdə bu sahədə əldə olunan yüksək nailiyyətlərdən bəhs edib.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Konfransa təqdim olunan 76 məqalə toplu şəklində çap olunub və qeydiyyat zamanı iştirakçılara təqdim edilib.
Qeyd edək ki, konfrans texniki təmayüllü universitetlər arasında iqtisadi mövzuda keçirilən ilk elmi konfransdır.
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35

