Təhsil Nazirliyi ötən ildəki fəaliyyəti ilə bağlı hesabat verib
22.06.2018 [09:20]
İyunun 21-də Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərlə bağlı hesabatına həsr olunan tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, müvafiq qurumların rəhbərləri, Milli Məclis deputatları, ali məktəb rektorları iştirak ediblər.
Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi, əhatəliliyi və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
Təhsil naziri Ceyhun Bayramov “Təhsil sistemi - vəzifələr və hədəflər” mövzusunda təqdimatla çıxış edib.
Təhsilin inkişafının ölkəmizin tərəqqisi baxımdan vacib amil olduğunu vurğulayan nazir Prezident İlham Əliyevin bu sahəyə daim xüsusi önəm verdiyini bildirib. Vurğulanıb ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, beş il bundan əvvəl ilə müqayisədə uğurlu nəticələr əldə edilib.
Təhsil sahəsində həyata keçirilən layihələrdən danışan nazir 2020-ci ilədək məktəbəhazırlığın əhatəlilik səviyyəsinin 90 faizə çatdırılmasının nəzərdə tutulduğunu söyləyib. C.Bayramov qəbul imtahanlarının yeni modelindən bəhs edərək bildirib ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıqda iş aparılır.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişiklikləri xatırladan nazir ali təhsil müəssisələrinə qəbul üzrə əsasən iki dəyişikliyin nəzərdə tutulduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, həmin dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyənləşdirilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları ilə bağlıdır.
Müəllim peşəsinin nüfuzunun yüksəlməsinə təsir göstərən tədbirlərin davam etdiriləcəyini bildirən C.Bayramov sertifikasiya mexanizminin tətbiqinin təhsildə keyfiyyət baxımından nailiyyətlər əldə olunmasında vacibliyini diqqətə çatdırıb.
Tədbirdə “Təhsil” televiziyasının 2017-ci ildə təhsil sahəsində həyata keçirilən tədbirlərə və yeniliklərə dair hazırladığı videoxronika nümayiş olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, bu sahələr arasında inteqrasiyanın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Akademik A.Əlizadə ölkəmizdə elmin, təhsilin inkişafı üçün geniş imkanların yaradıldığını vurğulayıb.
Təhsil sahəsində aparılan islahatların mühüm keyfiyyət mərhələsinə qədəm qoyduğunu qeyd edən Baş nazirin müavini Əli Əhmədov Prezident İlham Əliyevin bu sahəni prioritet elan etməsi nəticəsində ölkəmizin gələcəyinin parlaq olacağına əminliyini bildirib.
Baş nazirin müavini, eyni zamanda, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikirlərini söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16

