Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”
15.06.2017 [10:42]
İyunun 14-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, UNEC, Clarivate Analytics (Thomson Reuters), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Fəxri Xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarına da gül dəstələri düzüblər.
UNEC-in rektoru, professor Ədalət Muradov konfransda iştirak edən qonaqlara təşəkkürünü bilirib. Rektor konfransın məhz universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli mövzusuna həsr edilməsinin təsadüfi olmadığını bildirib: “Son dövrlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsas tutulmaqla universitetlərdə həyata keçirilən islahatlar nəticəsində universitetlərdən gözləntilər artıb. Universitetlər təhsil-elm-istehsal üçbucağı prizmasından qiymətləndirilir. Cəmiyyətdə artıq birmənalı olaraq qəbul edilir ki, praktika ilə əlaqəsi olmayan elm, elm və praktika ilə əlaqəsi olmayan təhsil, təhsil və elmlə əlaqəsi olmayan biznes mümkün deyil”.
Ə.Muradov bildirib ki, keyfiyyətli təhsil həm də ən ciddi, səmərəli, praktikada tətbiq edilə bilən biliklərin məhz təhsil prosesinə transformasiyasını özündə ehtiva edir: “Universitetlər insan kapitalı formalaşdıran ixtisaslaşmış müəssisələrdir. İnsan kapitalının dəyəri isə onun tətbiqi zamanı yarada biləcəyi əlavə dəyərin həcmi ilə ölçülür. Yüksək əlavə dəyər yarada bilən insan kapitalı isə innovativ, praktiki əhəmiyyətli araşdırma bacarığını tələb edir. Beləliklə, təhsil-elm-istehsal üçbucağında elm mərkəzi halqanı təşkil edir və universitetlərdə elmi fəaliyyətin idarə edilməsinə ənənəvi yanaşmanın dəyişməsini zəruri edir. İnanıram ki, bu gün elmi fəaliyyətin idarə edilməsi istiqamətləri müzakirə ediləcək və faydalı tövsiyələr veriləcək”.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan müstəqil dövlət kimi özünün ali təhsil müəssisələrində elmin idarə edilməsi sistemini müasirləşdirir: “Bizim çox güclü və zəngin ənənələrə malik elmi sistemimiz mövcud olub. Bu gün universitetlər iqtisadi artımın təmin edilməsində olduqca önəmli rol oynayır. Eyni zamanda, universitetlər əmək bazarı üçün yeni iş yerləri təklif edir”.
2016-cı ildə Milli Məclis tərəfindən “Elm haqqında” qanunun qəbulunu mühüm addım kimi qiymətləndirən nazir qeyd edib ki, müvafiq Dövlət Proqramı çərçivəsində yüzlərlə azərbaycanlı gənc alim dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almağa göndərilib. M.Cabbarov qeyd edib ki, elmin müasirləşdirilməsi, dünya elminə inteqrasiyasının rolunun artırılmasını təmin etmək müasir dövrdə qarşıda duran əsas çağırışlardandır. Bu sistemə cavab vermək imkanlarımızın geniş olduğunu diqqətə çatdıran nazir yolun ilk mərhələsində olduğumuzu qeyd edib. Nazir bildirib ki, insan kapitalının formalaşması ilə məşğul olan ali təhsilin rolu davamlı şəkildə yüksəlir: “Universitetlərimiz ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, biliklərə əsaslanan məhsul istehsalçısına çevrilir. Son illər elmi tədqiqat fəaliyyətinə qrantların cəlb olunması üçün müvafiq tədbirlər görülüb. Bu da gənclərin elmə marağını bir daha artırmış olur”.
M.Cabbarov milli ali təhsilin dayanıqlılığının təmin edilməsinin önəmini vurğulayıb: “Ona görə də universitetlərin yeni idarəetmə modelini yaradırıq. Ölkədə bu günə qədər tədris olunmayan bir sıra elmi tədqiqatla bağlı fənlərimiz mövcuddur. Bu gün ölkədə savadlı alimlərimiz var. Tədqiqat universitetlərinin yaradılması ilə onların potensialından geniş şəkildə istifadə edilməsinə şərait yaradılacaq. Heç də hər bir elmi araşdırma uğurla nəticələnmir. İnnovasiyaların cüzi hissəsi istənilən nəticəyə gətirir. Lakin xırda bir uğur belə alqışlanandır”.
İnkişaf etməkdə olan ölkələr üzrə qlobal direktor Viji Krişnan elm və texnologiyanı müasir dünyada ölkənin uğurunu müəyyən edən əsas amil kimi dəyərləndirib. Bu sahədə universitetlərin üzərinə böyük iş düşdüyünü bildirib. Keyfiyyətli elmi məhsulların axtarışında olduğunu bildirən xanım Krişnan əməkdaşlıq etdikləri ali təhsil müəssisələrindən danışıb: “Azərbaycan da bizim platformaya qoşulub. Abunələrimiz sırasında daim müsbət dəyişiklik müşayiət edirik. Məsələn, ötən bir ildə Azərbaycanda elmi nəşrlərin sayı 20 faiz artıb. Azərbaycanda güclü elmi potensial olduğunu nəzərə alanda, əminliklə deyə bilərəm ki, bu yalnız başlanğıcdır”.
Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov ölkədə həyata keçirilən innovasiya və startap layihələrindən, innovasiyaların iqtisadi artımda həlledici rolundan danışıb. Azərbaycanın innovasiya sahəsində MDB məkanında birinci yerdə olduğunu bildirib. Ümumilikdə isə, Azərbaycanın bilik iqtisadiyyatına görə 146 ölkə sırasında 76-cı yerdə qərarlaşdığını diqqətə çatdırıb.
Beynəlxalq Elm və Texnika İnformasiya Mərkəzinin direktoru Yevqeniy Uqrinoviç Azərbaycanla uğurlu əməkdaşlıqdan söz açıb. Elmmetriya sahəsində müştərək layihənin icrasına başladıqlarını bildirib.
ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Aziz Sancar çıxışına bir dövlətin hərbi xərclərə ayırdığı vəsaitin elm və təhsilə ayırdığı vəsaitlərdən çox olması yaxşı hal deyil, sözləri ilə başlayıb: “Nəhəng Osmanlı imperiyası XVI əsrdən etibarən elmi tədqiqatlara ayrılan vəsaiti dayandırdı, bununla da sanki Osmanlı imperiyasının sonunun təməli qoyuldu. Xəritəyə baxanda görürük ki, nəhəng imperiyadan kiçik bir ərazi qaldı. Daha sonra müasir Türkiyə dövləti quruldu. Biz müasir Türkiyə və onun qurucusu Atatürklə qürur duyuruq. Mustafa Kamal Atatürk təhsil sahəsində islahatçı olub. Mən ucqar bir kənddə, kasıb, çoxuşaqlı ailədə dünayaya gəlmişəm. Atatürkün sayəsində isə gözəl təhsil almışam. Buna görə də həyatda qazandıqlarıma görə Atatürkə borcluyam”.
Alim bu borcunu 2015-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülərkən ona təqdim edilən medalı Atatürkün mavzoleyinə hədiyyə etməklə ödədiyini bildirib.
Azərbaycanı çox sevdiyini bildirən A.Sancar çıxışını “Azərbaycan türk dünyasının ürəyində yerləşən bir dövlətdir” sözləri ilə tamamlayaraq, dəvət üçün təhsil naziri Mikayıl Cabbarova təşəkkür edib.
Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Yunanıstan, Macarıstan, Rumıniya, İsveçrə, İngiltərə, Litva, Qazaxıstan, Gürcüstan, Polşa, Moldova, Belarus, Qırğızıstan və digər ölkələrin nüfuzlu ali təhsil müəssislərinin rəhbərləri, elm adamları və tədqiqatçılarının qatıldığı konfrans öz işini panellərdə davam etdirib. Dünyanın nüfuzlu alimləri elm və təhsilin problemləri, perspektivləri, universitetlərdə elmmetriyanın tətbiqi, elmin iqtisadiyyatı və maliyyələşdirilməsi, əqli mülkiyyət hüquqlarının və elmi etikanın qorunması ilə bağlı müzakirələr aparıblar.
Konfrans çərçivəsində iyunun 13-də UNEC-də “Web Of Science” Sertifikasiya Proqramı üzrə seminar-treninq və “Web of Science bazasından istifadə və əməliyyat aparma qaydaları”na həsr olunan təlim də təşkil edilib. Eyni zamanda, “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabı təqdim edilib. Kitabı UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) əməkdaşları tərcümə ediblər. Nəşrin elmi redaktorları UNEC-in rektoru, professor Ədalət Muradov və UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənlidir. MDB məkanında ilk dəfə tərcümə olunan kitab Azərbaycan Milli Elmlər Akademiyası, ali təhsil müəssisələri və elmi kitabxanalara hədiyyə ediləcək.
Xəbər lenti
Hamısına baxSosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06

