“ADA” Universitetinin Biznes Məktəbində 70 nəfər yerli və xarici gənc məzun olub
31.01.2017 [09:41]
Yanvarın 28-də “ADA” Universitetinin Biznes Məktəbinin ikinci buraxılışı keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin MBA və Executive MBA ixtisasları üzrə 70 nəfər yerli və xarici gənc məzun olub.
Tədbirdə çıxış edən “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Rəhbərlik etdiyi ali məktəbin nailiyyətlərindən bəhs edən rektor bildirib ki, “ADA” Universitetində nəzəriyyə və təcrübəni bir araya gətirən karyerayönümlü müasir akademik proqramlar təcrübəli müəllimlər tərəfindən tədris olunur. Tədris proqramlarının beynəlxalq standartlara uyğun olduğunu bildirən H.Paşayev qeyd edib ki, bu təhsil ocağının məzunları ölkənin bütün sahələrdə inkişafına töhfələrini verəcəklər.
Tədbirdə çıxış edən maliyyə nazirinin müavini, professor Emin Hüseynov “ADA” Universitetinin elmin, təhsilin inkişafındakı rolunu yüksək dəyərləndirib. Ölkəmizdə təhsil sisteminin inkişafına xüsusi diqqət yetirildiyini deyən E.Hüseynov “ADA” Universitetinin Azərbaycan təhsilinə bundan sonra da böyük töhfələr verəcəyinə əminliyini bildirib.
Ölkədə iqtisadiyyatın və qeyri-neft sektorunun davamlı inkişaf etdiyini vurğulayan professor bu baxımdan Biznes Məktəbinin fəaliyyətinin böyük əhəmiyyət daşıdığını söyləyib.
Tədbirdə Biznes Məktəbinin dekanı, professor Necdet Delener, Niderlandın Maastrixt Menecment Məktəbi dekanının müavini Katalin Kovaks və başqaları “ADA” Universitetinin biznes təhsili sahəsindəki fəaliyyətini yüksək dəyərləndiriblər.
Qeyd olunub ki, Biznes Məktəbində tədris olunan Executive MBA magistr proqramı “ADA” Universiteti ilə Maastrixt Menecment Məktəbi tərəfindən birgə təsis edilib. Məzunlar həm “ADA” Universitetinin, həm də Maastrixt Menecment Məktəbinin diplomlarını alırlar. Beynəlxalq standartlara uyğun, müasir bilik və bacarıqlar verən bu tədris proqramı üzrə təhsil haqqının bir hissəsi Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində müəyyənləşdirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

