BANM beynəlxalq konfransda təmsil olunub
20.05.2016 [10:12]
Bakı Ali Neft Məktəbinin (BANM) Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov Gürcüstanın Tbilisi şəhərində keçirilən “Qlobal və regional kontekstdə universitetin rolunun dəyişməsi” mövzusuna həsr olunmuş Qara Dəniz Regionu Universitetləri Şəbəkəsinin rektorlarının 12-ci konfransında iştirak edib. Konfransın “Rəqəmsallaşdırmanın dəstəklənməsi və İnternet texnologiyalarının gələcəyi ilə bağlı cari çağırışlar” mövzusuna həsr olunmuş 1-ci sessiyasında professor Ramiz Hümbətov “Mütəxəssis hazırlığına yeni yanaşma” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə BANM-in yaranma tarixi, qarşısında duran vəzifələr, tədrisin təşkili, beynəlxalq əlaqələri, tədrisin istehsalatla sıx əlaqəsinin təmin olunması, tələbələrin elmi fəaliyyətə cəlb olunması, ali məktəbin 4 illik fəaliyyətinin uğurları və onların əldə olunmasını təmin edən faktorlar haqqında məlumatlar əks olunub. O, konfrans iştirakçılarının Bakı Ali Neft Məktəbinin fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı çoxsaylı suallarını cavablandırıb.
R.Hümbətov konfransda iştirak edən “Folksvagen Fondu”nun Baş katibi doktor Vilhelm Krul ilə BANM-in gənc müəllimlərinin Almaniyanın müxtəlif universitetlərində doktorluq proqramlarına qoşulmasına cəlb olunması imkanlarını müzakirə edib və bu məsələ ilə bağlı tərəflər arasında razılıq əldə edilib. Konfransın proqramı çərçivəsində professor R.Hümbətov bir sıra işgüzar görüşlər də keçirib. O Ukraynanın Yuri Kondratyuk adına Milli Texniki Universitetinin rektoru professor Vladimir Onişenko və Vinnitsa Milli Aqrar Universitetinin rektoru Viktor Mazur ilə görüşüb. BANM-lə hər iki üniversitetin əməkdaşlıq əlaqələrinin yaradılması, Vinnitsa Milli Aqrar Universiteti ilə bərpaolunan enerji üzrə hazırlanmış layihə ətrafında geniş müzakirələr aparılıb və birgə fəaliyyət üzrə ilkin razılaşmalar əldə olunub.
Sonra professor R.Hümbətov Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş Assambleyasının işində və 12-ci konfransın proqramı çərçivəsində sosial-mədəni tədbirlərdə iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

