/ / Professor İradə Hüseynovanın “Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin birinci cildi işıq üzü görüb
Professor İradə Hüseynovanın “Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin birinci cildi işıq üzü görüb
17.05.2016 [10:11]
Kitab dövrümüzün aktual məsələlərinə, Ulu öndər Heydər Əliyevin çoxşaxəli dövlətçilik və siyasi fəaliyyətinin təhlilinə həsr olunub
Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, “Erməni araşdırmaları” elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim, elm, təhsil və innovasiyaların inkişafındakı xidmətlərinə görə Beynəlxalq “Sokrat” mükafatı laureatı İradə Hüseynovanın “Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin birinci cildi çapdan çıxıb. Kitab Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində işiq üzü görüb.
AZƏRTAC xəbər verir ki, tanınmış tarixçi alim, ictimai xadim, professor İradə Hüseynovanın 35 illik gərgin əməyinin, yaradıcılığının bəhrəsi olan çoxcildliyin birinci cildinə daxil edilmiş materiallar 1981-2002-ci illəri əhatə edir. Poliqrafik cəhətdən nəfis şəkildə nəşr olunmuş bu kitabda Azərbaycanda çağdaş milli intibahın, milli dirçəlişin böyük ideoloqu, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin bütün aspektləri, mərhələləri və istiqamətləri vahid sistem halında tədqiq olunub.
Xalqımızın Ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbətlə qələmə alınmış bu dəyərli monoqrafiyada Azərbaycan tarixinin ən yeni dövrünün tam və aydın mənzərəsi nəzərdən keçirilib.
Müəllifin geniş elmi ictimaiyyətə təqdim edilən və “Müstəqil Azərbaycanın təkamül yolu”, “Ən böyük amal ümummilli mənafeyə xidmətdir”, “Rəylər. Düşüncələr. Təbriklər...” bölmələrindən ibarət olan “Tarix. Zaman. Düşüncələr” adlı fundamental monoqrafiyası istər məzmunu və mündəricəsi, istərsə də araşdırılan problemlərin elmi-nəzəri dərinliyi, sanbalı ilə diqqəti cəlb edir.
Əsərdə 2003-cü ildən Azərbaycan Respublikasına rəhbərlik edən, Heydər Əliyevin müdrik siyasi kursunun layiqli davamçısı, Ulu öndərin işiqlı ideyalarını gerçəkləşdirən Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi milli inkişaf prioritetləri, elmi əsaslarla yeritdiyi düşünülmüş sosial-iqtisadi strategiya barədə geniş təhlillər aparılıb. Kitabda bildirilir ki, Ulu öndərin müəyyənləşdirdiyi siyasi-iqtisadi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi, dövlətimizin başçısının balanslaşdırılmış uzaqgörən, praqmatik siyasəti ölkəmizin nəinki Qafqazda, bütün dünya birliyində nüfuzunu möhkəmləndirib.
Kitabda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, ISESCO-nun və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin xalqımızın milli-mədəni dəyərlərinin, adət-ənənələrinin, tariximizin, elm, təhsil və mədəniyyətimizin qorunub saxlanmasında rolu geniş surətdə əksini tapıb.
Monoqrafiyada, həmçinin gender təhsili, ölkəmizin təhsil sistemində qadınların rolu, qadın təhsili və gender bərabərliyi, qadın təhsilində mövcud problemlər və onların aradan qaldırılması yolları ilə bağlı dəyərli araşdırmalar aparılır.
“Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin birinci cildində Azərbaycanın müxtəlif dövrlərdə keçdiyi tarixi yol, müstəqillik uğrunda mübarizəsi, ölkəmizin hərtərəfli inkişafı, bu inkişafa gətirən amillər, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rol, ölçüyə gəlməz xidmətləri, müasir dövrdə, yeni geosiyasi məkanda ölkədə əzmlə aparılan dövlət quruculuğu məsələləri, beynəlxalq aləmdə Azərbaycanın yeri və rolu və s. kimi məsələlər tədqiq olunur. Burada oxucu onu maraqlandıran hər bir sahə - elm, təhsil, tarix, iqtisadiyyat, siyasət, kənd təsərrüfatı, beynəlxalq və sosial həyat, geosiyasət, hüquq, ədəbiyyat və incəsənət barədə dolğun məlumatlar ala bilər.
Professor İradə Hüseynova ölkəmizdə tanınmış tarixçi alim olmaqla yanaşı, Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətini araşdıran, müstəqil Azərbaycan dövlətinin yaranması, inkişafı və möhkəmləndirilməsində Ulu öndərin əvəzsiz xidmətlərinə həsr olunmuş ilk doktorluq dissertasiyasının müəllifidir. Alimin bu istiqamətdə 8 monoqrafiyası, 200-dən artıq elmi məqaləsi nəşr edilib, ölkəmizdə və xaricdə keçirilən nüfuzlu elmi beynəlxalq forumlarda, konfranslarda böyük rəğbətlə qarşılanan çoxsaylı məruzələri dinlənilib.
Tanınmış tarixçi alim, YAP Siyasi Şurasının üzvü İradə Hüseynovanın bu mövzuda olan monoqrafiyaları - “Dövlətçilik naminə” (Bakı, 2001), “Müstəqilliyimizin təminatçısı” (Bakı, 2003), “Müstəqil Azərbaycan dövlətinin qurucusu” (Bakı, 2004), “Qeydar Aliev- ot politiçeskoqo rukovoditelə k obhenaüionalğnomu lideru” (Baku, 2005), “İstoriə narodov Kavkaza” (Bakı 2006), “Heydər Əliyev və Qafqazda sülh prosesi” (Bakı, 2009) və s. əsərləri kimi “Tarix. Zaman. Düşüncələr” çoxcildliyi də Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində mühüm addımdır.
Çoxcildli əsərin elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçisi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Teymur Bünyadovdur.
Azərbaycan tarixşünaslıq elminə böyük töhfə olan bu fundamental əsər müxtəlif sahələrdə çalışan tarixçilər, alimlər, politoloqlar, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, tarix, ictimai və siyasi elmlər sahələrində çalışan mütəxəssislər, siyasətçilər, qafqazşünaslar, həmçinin müəllimlər və tələbələr üçün nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

