“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb
23.12.2015 [10:31]
“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” beynəlxalq elmi-texniki jurnalının növbəti buraxılışı (Cild 7. № 4) işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, nəşrin yeni nömrəsi Azərbaycan Mühəndislik Akademiyasının 10 illik yubileyinə həsr olunmuş məqalə ilə açılır. Məqalənin müəllifi - Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev elm ocağının fəaliyyəti, akademiya üzvlərinin qlobal enerji layihələrində iştirakı, ölkəmizin elm, texnologiya və innovasiya potensialının inkişafına verdiyi töhfələrdən bəhs edir. Qeyd olunur ki, Azərbaycan Mühəndislik Akademiyasının əsas fəaliyyət istiqamətləri mühəndislik elmi sahəsində intellektual potensialın artırılmasına, perspektivli innovasiya proqramlarının işlənib hazırlanması və həyata keçirilməsinə kömək göstərilməsinə, elmi -texniki tərəqqinin sürətləndirilməsini təmin edən prinsipcə yeni texnika, texnologiya və material növlərinin yaradılmasına və tətbiqinə yönəlib.
Oxucuların diqqətinə çatdırılır ki, akademiyanın elmi-texniki, texnoloji və layihə işləri son illər istehsalatda uğurla tətbiq olunur. Akademiya üzvləri hazırda TANAP layihəsinin işlənməsində və reallaşdırılmasında yaxından iştirak edirlər. SOCAR-ın struktur bölmələri ilə həm kəşfiyyat və hasilat, həm də nəql, emal, marketinq və servis xidmətləri bazasında innovasiya texnologiyaları sahəsində sıx əməkdaşlıq qurulub. Mühəndislik Akademiyası “Azərkosmos” ASC-də idarəetmə və təbii resursların istismarı, operativ peyk informasiya qəbulu sahəsində məsələlərin həlli, fotoqrammetrik və geoinformasiya layihələrinin yerinə yetirilməsində, sifarişlərin bazası əsasında alqoritmlər və aviakosmik məlumatların emalı metodikasının tətbiqi üçün innovasiya texnologiyalarının işlənilməsi, konsaltinq aparılması və kadr hazırlığına nail olmaq istiqamətində müvafiq iş aparmağı nəzərdə tutur. Öz fəaliyyətində ilk növbədə insan resurslarına əsaslanan Azərbaycan Mühəndislik Akademiyasında “Təhsil-Texnopark” kompleksinin tikintisi başa çatmaq üzrədir. Əsas məqsədi ölkə iqtisadiyyatının inkişafını sənaye innovasiya istiqamətinə yönəltməkdən ibarət olan bu kompleksin kadr potensialını Milli Aviasiya Akademiyası və ölkənin digər aparıcı ali məktəbləri təmin edəcək.
Akademiyanın prezidenti Arif Paşayev rəhbərlik etdiyi elm ocağının xarici əlaqələrindən də söhbət açır. Bildirir ki, Azərbaycan Mühəndislik Akademiyası bir çox milli və beynəlxalq akademiyalarla səmərəli əlaqələr qurmağa çalışır, xüsusilə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Sloveniya mühəndislik akademiyaları, Beynəlxalq Mühəndislik Akademiyası ilə sıx əməkdaşlıq edir.
Jurnalın bu nömrəsində Beynəlxalq və Rusiya Mühəndislik Akademiyalarının prezidenti, akademik B.V.Qusevin, Qazaxıstan Milli Mühəndislik Akademiyasının prezidenti, akademik B.Jumaqulovun, Sloveniya Mühəndislik Akademiyasının prezidenti İ.Emrinin, eləcə də AZƏRTAC-ın Baş direktoru A.Aslanovun əlamətdar yubiley münasibətilə təbrikləri də yer alıb. Təbrik məktublarında akademiyanın Azərbaycanda mühəndislik elminin inkişafını sürətləndirən mərkəzə çevrildiyi, texnikanın və qabaqcıl texnologiyaların inkişafına verdiyi əvəzsiz töhfələr, akademik Arif Paşayevin bu sahədəki xidmətləri minnətdarlıq hissi ilə vurğulanır.
Nəşrdə möhkəmlik fizikası, aviasiya, mexanika və maşınqayırma, neft və qaz, neft-kimya texnologiyası, informasiya texnologiyaları ilə bağlı bir sıra elmi məqalələr dərc olunub.
Xatırladaq ki, “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” ayrıca elektron formatda, müasir dünya standartlarından istifadə etməklə məqalələrin xülasələrini ingilis dilində yayır, həmçinin xarici analitik baza olan SCOPUS-a keçid və onun vasitəsi ilə indeksləşmə və sitatlaşdırmanı həyata keçirir. Jurnalda məqalələr Azərbaycan, ingilis və rus dillərində dərc edilir.
Xəbər lenti
Hamısına baxMaraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32

