/ / Bakı Dövlət Universitetində “Çanaqqala: barışa uzanan yol” mövzusunda beynəlxalq konfrans keçirilib
Bakı Dövlət Universitetində “Çanaqqala: barışa uzanan yol” mövzusunda beynəlxalq konfrans keçirilib
23.05.2015 [10:07]
Mayın 22-də Bakı Dövlət Universitetində (BDU) Türkiyənin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, Avstraliya İttifaqının Azərbaycandakı səfirlikləri ilə birgə “Çanaqqala: barışa uzanan yol” mövzusunda beynəlxalq konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən danışıb. Ümummilli lider, müdrik şəxsiyyət Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladan rektor Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Rektor Çanaqqala zəfərinin tarixi əhəmiyyətindən söz açıb, bu zəfərin türk dünyası tarixinin şanlı səhifəsi olduğunu vurğulayıb.
Qeyd olunub ki, Çanaqqala zəfərindən 100 il keçir. Çanaqqala savaşı Osmanlı dövləti ilə müttəfiq Avropa dövlətləri arasında aparılan dəniz və quru müharibələri kimi tarixə düşüb. Bu savaşda türk əsgərləri əsl vətənpərvərlik, qəhrəmanlıq nümunəsi göstərərək tarixi qələbə qazanıblar. Bu qələbədə azərbaycanlıların da payı vardır. Çanaqqala savaşında şəhid olmuş azərbaycanlıların fədakarlığı nəsillərə layiqli örnəkdir.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun Çanaqqala savaşında qazanılan qələbənin Türkiyə tarixində çox mühüm bir hadisə olduğunu diqqətə çatdırıb.
Səfir azərbaycanlıların türk qardaşlarının köməyinə çatdıqlarını da xüsusi vurğulayıb.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq, Avstraliya İttifaqının ölkəmizdəki səfiri Ceyms Martin Larsen Çanaqqala savaşı ilə bağlı fikirlərini bildiriblər.
Türkiyənin Çanaqqala 18 Mart Universitetinin təsisçi-rektoru, professor Əhməd Mete Tuncokunun Çanaqqala zəfəri haqqında məruzəsi dinlənilib.
Digər çıxış edənlər də Çanaqqala zəfərinin Türkiyə tarixinin böyük qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

