/ / Bakı Dövlət Universitetində XX əsr Azərbaycan ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd edilib
Bakı Dövlət Universitetində XX əsr Azərbaycan ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd edilib
30.04.2014 [09:12]
Aprelin 29-da Bakı Dövlət Universitetində (BDU) böyük Azərbaycan ədibi, filosofu və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, BDU-nun və Azərbaycan Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə reallaşan tədbirdə tanınmış alim və mütəxəssislər, müəllimlər və tələbələr iştirak ediblər.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 21 yanvar tarixli Sərəncamının əhəmiyyətindən danışıb.
Rektor Əli bəy Hüseynzadənin mənalı ömür yolundan, geniş ictimai-siyasi fəaliyyətindən, zəngin ədəbi və maarifçilik irsindən bəhs edib.
Əli bəy Hüseynzadənin 1864-cü ildə Salyanda anadan olduğunu, bir müddət Tiflis mühitində yaşadığını, Peterburqda və İstanbulda ali təhsil aldığını və çalışdığını qeyd edən akademik A.Məhərrəmov onun Azərbaycanda “Kaspi”, “Həyat”, “Füyuzat” və digər nəşrlərinin populyarlıq qazanmasında mühüm xidmətlərini, yorulmadan təbliğ etdiyi maarifçilik, türkçülük ideyalarının əhəmiyyətini, milli təfəkkürün, milli ideologiyanın formalaşmasındakı əvəzsiz rolunu xatırladıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov türk dünyasının böyük şəxsiyyəti olan Əli bəy Hüseynzadənin çoxşaxəli fəaliyyətindən, zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsindən bəhs edib.
Bildirilib ki, Əli bəy Hüseynzadə böyük ədib, filosof, maarifçi, şair, publisist, jurnalist, rəssam, həkim olub. Ensiklopedik biliyə və dünyagörüşünə malik olan Əli bəy Hüseynzadə Azərbaycanda milli düşüncənin, milli şüurun inkişafında və formalaşmasında müstəsna xidmətlər göstərib.
Tədbirdə Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov milli tariximiz, mətbuatımız və onların inkişaf mərhələlərindən danışıb, görkəmli tarixi şəxsiyyətlərimizdən olan Əli bəy Hüseynzadənin xidmətləri barədə fikirlərini bildirib.
Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar MŞ tərəfindən hazırlanmış film barədə məlumat verib.
Əli bəy Hüseynzadənin qardaşı nəvəsi, Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Musiqi Kollecinin müəllimi Cəmilə Hüseynzadə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Sonra Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar Azərbaycan Mətbuat Şurasının hazırladığı film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40

