“ADA” Universitetinin yaradılmasından səkkiz il keçir
07.03.2014 [09:22]
Martın 6-da “ADA” Universitetinin yaradılmasının səkkizinci ildönümü tamam olur. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmiş Azərbaycan Diplomatik Akademiyası hazırda dörd fakültəni (İctimai və beynəlxalq münasibətlər, biznes, humanitar və təbiət elmləri, informasiya texnologiyaları və mühəndislik) birləşdirən, 700-dən çox tələbənin, o cümlədən 28 ölkədən 48 əcnəbi vətəndaşın təhsil aldığı bir universitetə - “ADA” Universitetinə çevrilib.
“ADA” Universiteti özünün əsas məqsədini qlobal baxışlı liderlər və məsuliyyətli vətəndaşlar yetişdirməsində görür. Universitetin təhsil proqramları, tədris metodikası dünyanın ən qabaqcıl təcrübəsinə əsaslanır. Tələbələr “yaşıl” və “ağıllı” akademik kampusda müasir avadanlıq və kitabxana resursları ilə təmin olunublar. Məzunlar dünyanın bir çox ölkələrində karyera uğurları əldə ediblər.
“ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev deyib: “İnkişaf etməkdə olan ali təhsil müəssisəmizin bu günə qədər əldə etdiyi uğurlar Azərbaycanın təhsil sisteminin təkmilləşdirilməsinə və inkişafına xidmət göstərir, modernləşən iqtisadiyyatımızı gənc peşəkar kadrlarla təmin edir. Bu illər ərzində “ADA” Universiteti bir çox yeniliklərə imza atmışdır və biz gələcəkdə də təhsil sahəsində beynəlxalq təcrübəni ölkəmizə gətirmək niyyətindəyik”.
Ötən illər ərzində “ADA” Universiteti Azərbaycanda ilk dəfə olaraq uzunmüddətli və aşağı faizli təhsil kreditləri, xaricdə təhsil alan azərbaycanlı doktorların inkişafına dəstək proqramı, Niderlandın Maastrixt Menecment Məktəbi ilə birgə beynəlxalq akkreditə olunmuş MBA proqramı və bu proqram çərçivəsində təhsil alacaq azərbaycanlı tələbələrin xaricdə təhsil proqramı tərəfindən maliyyələşdirilməsi, universitet tərəfindən təsis edilmiş və özəl sektor ilə sıx əməkdaşlıq quran “ADA Fondu”nun yaradılması kimi bir sıra innovativ işlər həyata keçirib.
“ADA” Universiteti, həmçinin 35 xarici universitet ilə tələbə və müəllim mübadiləsi proqramı icra edir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04

