Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Naxçıvanın 9 yaşlı məktəblisi İstanbulda keçirilən “STEAM AHEAD- 2024” olimpiadasında qalib olub

Naxçıvanın 9 yaşlı məktəblisi İstanbulda keçirilən “STEAM AHEAD- 2024” olimpiadasında qalib olub

10.12.2024 [20:56]

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Əsmənur Kərimli İstanbulda keçirilən “STEAM AHEAD-2024” olimpiadasının final mərhələsində iştirak edərək, riyaziyyat fənni üzrə bürünc medala layiq görülüb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Əsmənur Kərimli 2024-cü ilin aprel ayında keçirilən “SASMO-2024” olimpiadasının qalibi kimi “STEAM AHEAD-2024” olimpiadasına qatılıb və bu uğura imza atıb.

Qeyd edək ki, olimpiadanın final mərhələsində 21 ölkədən 1254 məktəbli iştirak edib.

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31