Taleh Şahsuvarlı Aqşin Yeniseyin Yeni Azərbaycan TV-dəki fikirlərinə münasibət bildirib
24.02.2025 [21:28]
“Aqşin Yenisey Azərbaycanın ən istedadlı qələm sahiblərindən biridir. Gözəl şeirləri, romanları, dil texnikası var. Ancaq Aqşinin intellektual imkanları "Azərbaycan Konstitusiyasında dövlət dilimizin adı niyə Azərbaycan dili kimi təsbit olunub" sualına cavab verməyə yetərli deyil. Onun müsahibəsinin bir bölümünə Yotube üzərindən yayımlanan Yeni Azərbaycan TV-də baxdım. Təxminən üç dəqiqədə 3 ciddi səhv etdi”.
Bunu sosial şəbəkə hesabında AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı yazıb. O Aqşin Yeniseyin Yeni Azərbaycan TV-də səsləndirdiyi fikirləri şərh edib:
“Birincisi. Dedi ki, AXC dövründə dövlət dilinin adı parlamentin qərarı ilə "Türk dili" kimi rəsmiləşib. Bu yanlış məlumatdır. 27 iyun 1918-ci ildə (o zaman Milli Şura da buraxılmışdı) Nazirlər Kabineti "Dövləti lisan türkçə qəbul edilərək müvəqqətən hökumət müəssisələrində rus lisanı istəmalına müsaidə edilməsi haqqında" qərar verib. Bu qərar Türk dilini dövlət dili elan etməklə yanaşı, rus dilinə paralel dövlət dili statusu verirdi. Həmin dövrdə Azərbaycan türkcəsinin elə bir samballı qrammatikası və akademik bazası yox idi. İlkin araşdırmalar vardı, amma istinad olunacaq elə bir elmi baza yox idi.
İkincisi. Dedi ki, "olay" sözü kimi bu gün Türkcədə işlənən və bizim də istifadə etdiyimiz (mən bu cür sözlərin istifadəsinə tərəfdaram) sözlər guya 20-ci əsrin əvvəllərində- 1918-20-ci illərdə Azərbaycan mətbuatında geniş istifadə olunub. Bu da yalandır. 20-ci əsrin əvvəllərindəki Azərbaycan mətbuatı "olay" sözü işlədə bilməzdi, çünki həm o zaman ədəbi dil Osmanlıcanın təsiri altında idi, həm də ərəb-fars basqısının tarixi izləri geniş şəkildə davam edirdi. Ən əsası, "olay" sözü "Yeni Türkcə"yə aiddir, yəni Türk Dil Qurumunun yaratdığı sözdür, ilk dəfə 1937-ci ildə lüğətə daxil olub.
Üçüncüsü. Dedi ki, Səcuqlu, Ağqoyunlu, Qaraqoyunlu, Əfşar və Qacarlar türk... (bəli, elədir!), amma birdən biz ortaya çıxırıq və deyirik ki, azərbaycanlıyıq. Görünür, Aqşinə bir yaxşı etnoqrafiya müəllimi lazımdır ki, "etnogenez" və "millət" anlayışlarını başa salsın. Adları çəkilən dövlətlərin heç biri bizim milli dövlətlərimiz deyil, etnogenimizdə rol oynayan tayfaların qurduğu feodal xanədanlardır. Milli dövlətlər kapitalizmlə birlikdə, millətləşmə prosesinin nəticəsi olaraq meydana çıxıblar. Bizim tarixdə yeganə milli dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətidir, bu günkü Respublikamız da eyni dövlət təsisatıdır. Azərbaycanda 28 may 1918-ci ildə Cümhuriyyətin elanı ilə başlayan dövlət millətləşməsi, 7 dekabr 1918-ci ildə AXC parlamentinin yaranması ilə başlayan xalqlaşma prosesi 1995-ci il noyabrın 12-də ümümxalq referndumu ilə qəbul olunan Konstitusiya ilə dialektik zirvəsinə çatıb. Konstitusiyada Türk dilləri arasında müstəqilliyinə və Azərbaycan SSR dövründə formalaşmış akademik-qrammatik bazasına söykənməklə Azərbaycan dilinin hüquqi statusu təsbit olunub. Bu hüquqi statusu müəyyənləşdirən səbəblərdən biri də budur ki, azərbaycanlı kimliyi həm xalqın (vətəndaşların cəminin) ümumi mənsubiyyətini, həm də türk mənşəli Azərbaycan etnosunun identifikasiyasını ehtiva edir.
Uzun sözün qısası, 3 dəqiqədə 3 ciddi səhv buraxmaqla, bu məsələlərdə ehkam kəsmək olmaz və hər kəs öz bildiyi işlə məşğul olsa, yaxşıdır! Aqşindən yeni əsərlər gözləyirəm!”
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

