Ermənistanda seçkisonrası mərhələdə miqrasiya problemi dərinləşəcək
27.07.2021 [08:49]
Avqustun əvvəlində Ermənistanda yeni hökumətin qurulması gözlənilsə də, sonrakı mərhələdə Paşinyan hakimiyyətinin ciddi siyasi, iqtisadi və sosial təlatümlərlə üzləşəcəyi şəksizdir. Erməni mətbuatı yazır ki, seçki saxtakarlığı məsələsi artıq qapansa da, məğlub ölkədə gərginlik davam edir. Belə ki, seçkidən əvvəl olduğu kimi, ondan sonra da media və müxalifət nümayəndələrinə təzyiqlər göstərilməsi Ermənistan cəmiyyətində müzakirə edilən əsas məsələlərdəndir. Xüsusilə də, müxalif siyasi qüvvələrin təmsilçilərinin repressiyalara məruz qalması hakimiyyətə qarşı kütləvi etirazlara gətirib çıxara bilər.
Buna baxmayaraq, Paşinyan, əvvəllər qeyd edildiyi kimi, yeni hökumətin formalaşması zamanı idarəetmədə problem yaranmaması üçün cəhdlər göstərir. “Hraparak” qəzeti yazır ki, bu məqsədlə hazırlanan plana görə, ərazi idarəetmə və infrastruktur naziri vəzifəsini icra edən Suren Papikyan baş nazirin xüsusi səlahiyyətlərə malik müavini olacaq və hakimiyyətin bütün maliyyə qaynaqları onun əlində cəmləşəcək: “S.Papikyanın baş nazirin müavini vəzifəsinə təyin olunması həmin nazirliyin ləğv edilməsinə gətirib çıxaracaq. Nazirliyə tabe olan bütün sektorlar strukturdan çıxarılacaq və baş nazirin müavininə tabe etdiriləcək”.
Bu arada, Yerevanın keçmiş meri Vahaqn Xaçatryan “Sputnik Ermənistan” radiosunun suallarını cavablandırarkən deyib ki, Ermənistanda ciddi layihələrin həyata keçirilməsi üçün dövlətin idarəetmə sistemində dəyişiklik lazımdır: “Lakin bu sahədə kəskin kadr çatışmazlığı mövcuddur. Ermənistanın əsas problemi dövlət qurumlarının səmərəli idarə edilməməsidir. Xarici investorların cəlb olunmasını təmin etmək üçün, ilk növbədə, bu problem həll edilməlidir. Ancaq Paşinyanın komandasında belə bir imkan mövcud deyil, çünki kadr arsenalında təcrübəli şəxslər yoxdur”.
Yeri gəlmişkən, Ermənistanda əhalinin köç etməsi prosesinin də kadr çatışmazlığında əsas rol oynadığını qeyd edən ekspertlərin fikrincə, Ermənistanda seçkisonrası mərhələdə miqrasiya problemi daha da dərinləşəcək. Məsələn, Ermənistanın İşəgötürənlər Birliyinin sədri Qagik Makaryan “Sputnik Ermənistan”a bildirib ki, ermənilər xaricə yalnız pul qazanmaq üçün getmirlər: “İnsanlar ölkədə alternativ iş şəraiti yaradılmadığı üçün Ermənistanı tərk edirlər”.
Qeyd edək ki, son günlər Ermənistanda jurnalistlərin təzyiqlərə məruz qalması və ölkədə siyasi məhbusların mövcud olması ilə əlaqədar fikirlər də səsləndirilir. “News.am” yazır ki, “Ermənistan” blokunun nümayəndəsi Artsvik Minasyan Sünik vilayətinin həbs edilən icma rəhbərlərinə dəstək olaraq Yerevanın Şimal prospektində təşkil olunan imzatoplama kampaniyası zamanı deyib ki, bu aksiya Ermənistanda siyasi məhbusların olduğunu sübut edir. Onun sözlərinə görə, dağıdıcı planlarını sürətlə həyata keçirmək istəyən hakimiyyət tərəfindən xüsusilə müxalif siyasi qüvvələrin təmsilçilərinə qarşı bu cür hərəkətlər kütləvi etirazlara gətirib çıxara bilər.
Görünən odur ki, seçki qalmaqalı arxada qalsa da, Paşinyan hakimiyyəti idarəetmə problemi ilə yanaşı, sosial-iqtisadi sahədə də ciddi çətinliklərlə üzləşəcək.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

