MDB dövlət başçılarının Kişinyov görüşündən nə(lər) gözləmək olar?
08.10.2009 [09:35]
Qeyd edək ki, son zamanlar dünyanın aparıcı analitik mərkəzləri və ekspertləri MDB-nin fəaliyyət istiqaməti və mexanizminin səmərəlilik dərəcəsinin olduqca aşağı düşdüyü qənaətindədirlər. Belə ki, son zamanlar təşkilat daxilində bir sıra dövlətlər arasında getdikcə kəskinləşən ziddiyyətlər, Gürcüstanın Birliyin sıralarından çıxması, Ukrayna və Moldova kimi üzv dövlətlərin təşkilat çərçivəsində fəallığını olduqca aşağı salması və bu kimi digər amillər deyilən fikirləri bir daha təsdiq edir. Bundan başqa, Birliyə üzv dövlətlər Qərbə inteqrasiya prosesini daha da gücləndirməkdədirlər. Məhz bu amil də Birliyin dayaqlarını sarsıdan başlıca məsələlərdən biri hesab edilir. çünki üzv dövlətlər Qərblə əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərini inkişaf etdirməklə MDB-nin əvvəlki nüfuz-təsir zona və sferalarını olduqca zəiflətməkdədirlər. Bu da istər-istəməz təşkilat çərçivəsində ümumi bir düzənsizlik formalaşdırmaqdadır. Digər tərəfdən, hər il mütəmadi olaraq keçirilən MDB Dövlət Başçılarının zirvə toplantılarında da düzənsizlik müşahidə edilməkdədir. Belə ki, son illər təşkil edilən görüşlərdə bütün dövlətlərin ümumi bir yekun rəyə gələ bilməmələri, bəzi dövlət başçılarının toplantılarda gah iştirak edib, gah da etməməsi bütün bu deyilənləri aydın sübut edir.
Məsələyə münasibət bildirən millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə hesab edir ki, MDB Avropa Şurası və bu kimi digər təşkilatlar qədər effektiv qərar qəbuletmə mexanizminə malik olmasa da, postsovet məkanında yaranan və fəaliyyət göstərən dövlətlər arasında bir növ əlaqələndirici təsisatdır. Millət vəkilinin fikrincə, postsovet ölkələri hazırda MDB vasitəsilə bir-birilə daha sıx əlaqələr qura bilirlər: “Nəzərə alsaq ki, bu dövlətlər vaxtilə eyni bir ittifaqın tərkibində yer alıblar, onda qeyd edə bilərik ki, bu amil bəhs edilən dövlətlərin bir-birinə daha da yaxınlaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir”.
MDB çərçivəsində hər il baş tutan zirvə toplantılarına toxunan A.Mirzəzadənin sözlərinə görə, sammitlər daha çox fikir mübadilələrinin aparıldığı, hər hansı bir məsələyə dair üzv dövlətlərin mövqeyinin ortaya qoyulduğu bir təsisat xarakteri daşıyır. Millət vəkili onu da vurğulayıb ki, bütün bədbin proqnozlara baxmayaraq, Kişinyov görüşü üzv dövlətlərin MDB çərçivəsində fəaliyyət istiqamətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaq. O, Azərbaycanın Kişinyov sammitində təmsil olunmasına toxunaraq qeyd edib ki, bu görüşdə də Azərbaycan öz gücü və nüfuzunu ortaya qoya biləcək: “Digər dövlət başçıları ilə görüşdə, şübhəsiz ki, Azərbaycanın milli maraqlarına uyğun addımlar atılacaq”.
Təşkilatın perspektivi məsələsinə gəldikdə, A.Mirzəzadə bildirib ki, MDB özünəməxsus imic və fəaliyyət istiqamətinə malik bir təşkilatdır: “Bunun perspektivdə hansı formaya keçəcəyi, hansı yeni ştrixlər əldə edəcəyini isə gələcək göstərəcək”.
Politoloq Rasim Musabəyov isə hesab edir ki, Kişinyovda baş tutacaq zirvə toplantısı təşkilatın ənənəvi görüşlərindən özünün düzənsizliyinə görə fərqlənəcək: “Bir sıra üzv dövlət başçılarının sammitə qatılmaması bunu bir daha təsdiq edir. Bu isə onu deməyə əsas verir ki, MDB-nin təsiri və nüfuzu getdikcə daha da zəifləməkdədir”.
Zirvə toplantısının əhəmiyyətinə gəldikdə isə, politoloq vurğulayıb ki, sammitdə hansısa ümumi maraqlara yönəlmiş effektiv qərarların qəbul ediləcəyini gözləməyə dəyməz: “Düşünmürəm ki, zirvə toplantısı üzv dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edəcək”.
MDB-nin hazırkı durumuna toxunan R.Musabəyov qeyd edib ki, hələlik üzv dövlətləri birləşdirən bir sıra əlaqələr mövcuddur və onların qorunması, inkişaf etdirilməsinə ehtiyac var: “Vizasız gediş-gəliş, humanitar əlaqələr, mədəni-texniki amillər MDB-ni qoruyub saxlayan başlıca faktorlardır. Hər il təşkil edilən zirvə toplantıları isə, bütün dövlətlər üçün olmasa da, bir çoxları üçün ikitərəfli və çoxtərəfli formatda bir o qədər də mühüm əhəmiyyət kəsb etmir. Hələlik “ikitərəfli və çoxtərəfli münasibətlər meydanı” təsiri bağışlayan zirvə toplantılarından imtina edilməsi gözlənilmir. Baxmayaraq ki, təşkilat daxilində bir sıra ziddiyyətlər mövcuddur”.
Təşkilatın perspektiv taleyi və fəaliyyət istiqamətlərini analiz edən politoloq bildirib ki, ayrı-ayrı inteqrasiya birlikləri öz əhəmiyyətini artırmayınca MDB öz mövcudluğunu qoruyub saxlayacaq: “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Avropaya inteqrasiya daha da sürətlənəcəksə, MDB üzv dövlətlər üçün öz əhəmiyyətini olduqca itirəcək”.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

