Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Aİ ABŞ-a qarşı 93 milyard avro dəyərində cavab tədbirləri planlaşdırır

Aİ ABŞ-a qarşı 93 milyard avro dəyərində cavab tədbirləri planlaşdırır

19.01.2026 [10:09]

Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ-a qarşı 93 milyard avro dəyərində cavab tədbirləri tətbiq etməyi nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, mümkün tədbirlər sırasında Amerika şirkətlərinin Aİ-nin vahid bazarına çıxışının məhdudlaşdırılması da var.

Müzakirələr Aİ-nin 27 üzv ölkəsinin səfirlərinin Brüsseldə keçirdiyi fövqəladə görüşündən sonra aparılıb. Buna səbəb Trampın fevralın 1-dən etibarən səkkiz Avropa ölkəsinə qarşı 10 faiz gömrük rüsumu tətbiq ediləcəyi, iyunun 1-dən isə bu göstəricinin 25 faizə qaldırılacağı barədə açıqlamaları olub.

“Financial Times”in məlumatına görə, Aİ-də ümid edirlər ki, cavab tədbirlərinin hazırlanması ABŞ-la danışıqlarda, o cümlədən Davosda keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində ittifaqın mövqelərini gücləndirəcək. Bununla yanaşı, Aİ ölkələrinin əksəriyyəti hələlik gərginliyin azaldılmasının və dialoqun tərəfdarıdır və ən sərt ticarət alətlərinin tətbiqini təxirə salır.

Paylaş:
Baxılıb: 663 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30