Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Finlandiya, Polşa və Niderland kəşfiyyat peyklərini birgə idarə edəcək

Finlandiya, Polşa və Niderland kəşfiyyat peyklərini birgə idarə edəcək

18.12.2025 [23:31]

Finlandiya Müdafiə Nazirliyi kəşfiyyat peyklərini Polşa və Niderlandla birgə idarə etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Interfax agentliyi bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanenə istinadla məlumat yayıb. “Biz müttəfiqlərimizlə birlikdə kosmik imkanları inkişaf etdirmək üçün konkret addımlar atırıq. Finlandiyanın peykləri və yüksək texnologiya sahəsindəki təcrübəsi bu sahədə davamlı əməkdaşlıq üçün əla imkanlar yaradır”, - deyə nazir bildirib.

Antti Hakkanenin sözlərinə görə, Finlandiya əldə etdiyi peyklərin istifadəsi ilə bağlı beynəlxalq əməkdaşlığa sadiqdir. “Məqsədimiz peyklərdən istifadənin inkişafına, həmçinin ölkələrin müşahidə və kəşfiyyat sahəsindəki imkanlarının artırılmasına yönələn tədbirlər görməkdir”, - deyə o vurğulayıb.

Finlandiya, həmçinin digər tərəfdaş ölkələri də bu əməkdaşlığa qoşulmağa çağırıb.

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31