Nəqliyyat naziri: Türkiyə gəmilərə təkrar hücumların qarşısını almağı hədəfləyir
30.11.2025 [11:28]
KAIROS və VIRAT adlı iki gəmidə baş vermiş partlayış Türkiyənin ərazi sularında deyil, ölkəmiz üçün də əhəmiyyətli olan iqtisadi zonada baş verib. Hadisəni həm xarici dövlətlərin müvafiq qurumları, həm də Türkiyənin qurumları müzakirə edir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə deyib.
Onun sözlərinə görə, Qara dənizdə gəmiçiliyin maksimum səviyyədə qorunmasını təmin etməklə gəmilərə qarşı istənilən təkrar hücumun qarşısını almaq vacibdir.
Nazir bildirib ki, partlayış baş verən anda gəmilərdə yük olmayıb və onlara xilasetmə katerləri və buksirlər göndərilib. “Davam edən yanğın fonunda KAIROS gəmisindən 25 dənizçi uğurla təxliyə edilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur”, – deyə Uraloğlu qeyd edib və gəmidə yanğının hələ də davam etdiyini vurğulayıb.
Nazir VIRAT tankerinin vəziyyəti barədə ətraflı məlumatı yaxın saatlarda, hətta günlərdə veriləcəyini bildirib.
“Kapitan pilotsuz uçuş aparatlarının hücumu ilə bağlı yardım istəyib. Bu tankerdə yanğın baş verməyib və təxliyə əməliyyatı həyata keçirilməyib”, – deyə o bildirib.
Nazir əlavə edib ki, limanlara göndərilən zədələnmiş tankerlərdən əldə ediləcək məlumatlar təhlil edildikdən sonra baş verənlərə ilkin qiymət veriləcək. “Türkiyənin bütün müvafiq qurumları yüksək hazırlıq rejiminə keçirilib”, – deyə A. Uraloğlu vurğulayıb.
Bu arada, Türkiyə mediası xəbər verib ki, gəmilərdən birində qeydə alınmış partlayış Kocaeli vilayəti yaxınlığında baş verib, digər gəmi isə Kastamonu vilayəti sahillərində yardım siqnalı göndərib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55

