Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstanda 180 min sakin üçün yeni şəhər layihəsinin təfərrüatları açıqlanıb

Qazaxıstanda 180 min sakin üçün yeni şəhər layihəsinin təfərrüatları açıqlanıb

21.11.2025 [17:23]

Qazaxıstanda Almatı bölgəsində yeni “Talgar Eco City” tikintisinin təfərrüatları açıqlanıb.

AZƏRTAC Almatı bölgə administrasiyasına istinadla xəbər verir ki, şəhər 180 min sakin üçün nəzərdə tutulacaq və 11,8 milyon kvadratmetrlik ərazini əhatə edəcək.

Layihə çərçivəsində mənzillərin, məktəblərin, tibb müəssisələrinin, ticarət və əyləncə obyektlərinin, eləcə də yaşıl ictimai məkanların tikintisi nəzərdə tutulub.

Ekoloji məsələlərə və yaşıl texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməsi planlaşdırılır.

Layihəyə süni intellektdən istifadə edərək innovativ infrastrukturun yaradılması, 36 min iş yerinin açılması və 14 milyard dollardan çox investisiyanın cəlb edilməsi də daxildir.

Paylaş:
Baxılıb: 392 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30