Qərb Avrasiyanın yeni “heartland”ını formalaşdırır
08.10.2013 [13:23]
Suriyanın neytrallaşdırılması ilə Yaxın Şərqdə strateji nəzarətin tamamilə ələ alınması Qərbin Avrasiya hegemoniyasına daha bir əhəmiyyətli yol açacaq
Məlum olduğu kimi, Suriyada baş verən ziddiyyətlər və kəskin konfrantasiyalar davam etməkdədir. Konfrantasiyaların ciddi insan itkisinə səbəb olması, həmçinin, ölkəni faktiki surətdə xaosa sürükləməsi narahatlıqla qarşılanmaqdadır. Xüsusilə də, Suriyaya qarşı mümkün hərbi müdaxilə ssenarisinin gündəmə gətirilməsi dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.
Dünya ictimaiyyətinin SOS çağırışları davam edir
Beləliklə, Suriyaya hərbi müdaxilə məsələsi öz aktuallığını daha da artırıb və mümkün proqnoz bu ölkəyə ediləcək hərbi hücumun yeni xaos yaradacağı ilə bağlıdır. Bu barədə beynəlxalq institutlar da açıq xəbərdarlıq etməkdədirlər. Məsələn, bir müddət öncə Beynəlxalq Böhran Qrupunun Suriya ilə bağlı yaranmış vəziyyətə həsr olunmuş bəyanatında qeyd edilmişdi ki, əgər Vaşinqton Konqresin təqdir edəcəyi halda bir neçə müttəfiqi ilə Suriyaya hərbi zərbələr endirsə, bu addımlar Suriya xalqının maraqlarından çox uzaq olacaq və ciddi xaos mühiti yaradacaq. Bəyanatda qeyd edilirdi ki, ABŞ administrasiyası bu kimi addımları dinc əhaliyə qarşı kimyəvi silah tətbiq edilməsinin qarşısını almaq və bu addımı atanları cəzalandırmaqla əsaslandırır: “Lakin suriyalılar bunsuz belə münaqişənin gedişində kütləvi cinayətlərdən kifayət qədər əziyyət çəkib, amma heç kim onların kollektiv müdafiəsinə qalxmayıb. Bütün addımlarda prioritet Suriya xalqının rifahı olmalıdır. Və ABŞ-ın hərbi zərbələrinin ağır nəticələrini, demək olar ki, proqnozlaşdırmaq mümkün olmayacaq”.
“ABŞ-ın 2003-cü ildə İraqa hərbi müdaxilə etmək üçün yalançı bəhanədən istifadə etdiyini, Suriya münaqişəsinə nəzərən regional və beynəlxalq qütbləşməni nəzərə alsaq, Vaşinqtonun bu dəfə təqdim etdiyi sübutlar şübhələri dağıtmağa imkan verməyəcək. ABŞ-ın hərbi zərbələri Suriyada, eləcə də, regionda və dünyada zorakılığın eskalasiyasına, məsələn İran və ya “Hizbullah”ın İsrailə qarşı cavab addımlarına səbəb ola bilər”.
Bəyanatda o da qeyd olunurdu ki, hərbi həll yolunun yeganə alternativi Suriyanı böhrandan çıxarmaq üçün siyasi və diplomatik prosesin aktivləşdirilməsidir.
Nyu-Yorkda keçirdiyi brifinqdə BMT Təhlükəsizlik Şurasının sədri, Avstraliyanın BMT yanında daimi nümayəndəsi Qeri Kuinlen isə qeyd etmişdi ki, Təhlükəsizlik Şurasının həlledici üzvlərinin dalana dirəndiyi göz önündədir: “Daimi üzvlər arasında müzakirələr heç bir nəticəyə səbəb olmayacaq. Qeyri-daimi üzvlərin əksəriyyəti yaranmış vəziyyətdən narahatdırlar və hesab edirlər ki, diplomatik səylər vasitəsilə vəziyyətdən çıxmaq lazımdır. Hazırda Təhlükəsizlik Şurasının Suriyaya dair rəsmi iclasını çağırmağın mənası yoxdur, çünki bu, heç bir nəticə verməyəcək. Belə görünür ki, biz bu məsələni “G-20” liderləri səviyyəsində həll etməliyik. Təhlükəsizlik Şurası öz rolundan imtina etmir”.
Dünya iqtisadiyyatının 90 faizinə sahib olan 19 iqtisadi aktoru və Avropa Birliyini özündə birləşdirən “G-20” ölkələrinin Sankt-Peterburqda keçirilən sammitində isə Suriya məsələsi aktuallıq kəsb etsə də, yekun nəticənin əldə edilməsi mümkün olmamışdı. Qeyd edək ki, sammit sırf bu məsələnin müzakirəsi ilə başlamışdı və məsələyə dair müxtəlif fikirlər səsləndirilmişdi. BMT Baş katibi Pan Gi Mun “G-20” sammitində təşkilata üzv olan dövlətlərin liderlərini Suriya münaqişəsinin həlli məsələsində məsuliyyətli yanaşma nümayiş etdirməyə çağırmışdı: “Mən ürəkdən ümid edirəm ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan dövlətlərin liderləri və Şuranın burada iştirak edən bir neçə qeyri-daimi üzvü Suriya xalqı ilə bağlı məsələdə öz öhdəliklərini tam şəkildə icra edəcəklər”.
BMT Baş katibi, həmçinin, Suriya ilə bağlı yeni “Cenevrə-2” beynəlxalq konfransını yaxın zamanda keçirməyə səsləmişdi. “Mən Suriya üzrə Cenevrə konfransının tez bir zamanda keçirilməsi üçün səylərimizi bərpa etmək niyyətindəyəm” - deyə, Pan Gi Mun “G-20” liderlərinə müraciətində bildirirdi.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu isə bildirmişdi ki, Suriya münaqişəsinin hərbi yolla həlli mövcud deyil və vəziyyətdən siyasi çıxış yolu axtarmaq üçün səy göstərmək lazımdır: “Avropa Birliyi əmindir ki, münaqişənin yalnız siyasi-diplomatik yolla tənzimlənməsinə təşəbbüs göstərilməlidir”.
Avrasiyanın Yaxın Şərq, Yaxın Şərqin isə Suriya labirinti
Beləliklə, göründüyü kimi, Yaxın Şərq geosiyasi məkanında ciddi labirint yaratmış Suriya olayları dünya siyasətində olduqca mürəkkəb durum formalaşdırıb. Mümkün hərbi müdaxilə ssenarisi özü ilə birlikdə kifayət qədər ciddi ziddiyyətlər gətirib və bu gün bölgənin siyasi-iqtisadi mənzərəsi olduqca bulanıqdır.
Bütün bunların fonunda ən çox müzakirə predmetinə çevrilən başlıca məsələ nəhəng güc mərkəzlərinin qarşı-qarşıya gəlməsi ehtimalıdır. Faktiki olaraq bu gün Qərb və Rusiya arasında Suriya məsələsində ciddi fikir ayrılığı var, çünki bəhs edilən aktorların hər biri bu bölgəni özlərinin geostrateji maraq dairəsi hesab edirlər.
Qərb və Rusiya yenidən qarşı-qarşıya
Ümumiyyətlə, dünya siyasətində Yaxın Şərq məsələsində hər zaman sözügedən qüvvələr arasında konfrantasiya və qütbləşmə meyilləri, eləcə də, ciddi fikir ayrılıqları mövcud olub. Çünki hər iki cəbhə Yaxın Şərq kimi geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edən bölgədə möhkəmlənmək, strateji dividendlər əldə etmək üçün güclü mübarizə aparıblar. Bu kontekstdə zaman-zaman real qarşıdurmalar, hətta regionalmiqyaslı müharibələr belə meydana çıxıb. Doğrudur, II Dünya müharibəsindən sonra ABŞ-ın rəhbərlik etdiyi Qərb cəbhəsi Yaxın Şərq və Şimali Afrikada təsir-nüfuz imkanlarına görə dominant güc qismində çıxış ediblər. Amma bununla yanaşı, hər zaman sözügedən qüvvələr arasında regionalmiqyaslı, qlobal xarakterli rəqabət və qarşıdurma meyilləri mövcud olub.
Eyni zamanda, məhz bu cür qarşıdurma və rəqabət meyillərinin fonunda bir tərəfin atdığı addımlar digər cəbhə tərəfindən adekvat reaksiya ilə qarşılanıb. Hələ proseslərin ilkin fazasında ABŞ və Avropa ölkələri Suriyada baş verən dağıdıcı olayların qarşısının alınmasının zəruriliyini bəyan edərək bunun üçün bu ölkə prezidenti Bəşər Əsədin istefa verməsini vacib sayırdılar. Qərb, eyni zamanda, hesab edirdi ki, Suriya olayları regional və beynəlxalq təhlükəsizliyə də ciddi təhdid mənbəyidir. Bəhs olunan qüvvələr Suriyada baş verən hadisələrin kəskinlik səviyyəsinin artmasına müvafiq tədbirlər görülməsinin vacibliyini bəyan edirdilər. Amma bununla yanaşı, Qərblə əks cəbhədə duran Rusiya da regional aktor kimi bu məsələdə prinsipial mövqe sərgiləməkdə idi. Moskva bundan öncə Qərb ölkələrinin Suriyadakı daxili proseslərə müdaxilə etmələrinin yolverilməz olduğunu bildirirdi.
Beləliklə, görünən o idi ki, Qərb Bəşər Əsədin istefasının zəruriliyini bəyan etsə də, Rusiya özünün geostrateji maraqları naminə Suriyadakı mövcud hakimiyyət üçün xüsusi müdafiə mexanizmi formalaşdırmağa çalışırdı. Kreml həm siyasi, həm də hərbi baxımdan B.Əsəd hakimiyyətini dəstəkləyir, strateji resurslardan istifadə edərək Qərb mənşəli “dalğa”ları neytrallaşdırmağa cəhd edirdi. Dolayısıyla, Moskva Suriya hakimiyyətinə müdafiə üçün stimul verir və yardım göstərirdi.
Müvəqqəti anlaşma konfrantasiyanın aradan qalxmasına səbəb olmayacaq
Amma bütün bunlara baxmayaraq, Rusiya ilə Qərb arasında bəzi məsələlərdə müvəqqəti razılaşma halları da müşahidə oluna bilir. Məsələn, Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri ortaq məxrəcdən çıxış edərək Suriyanın kimyəvi silahların məhvi üzrə BMT Təhlükəsizlik Şurasının tələblərini uğurla yerinə yetirdiyini bildiriblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri bunu Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının İndoneziyanın Bali adasında keçirilən sammiti çərçivəsində keçirdikləri görüşdən sonra deyiblər. S.Lavrov Suriya hökumətinin beynəlxalq müfəttişlərlə yüksək səviyyədə əməkdaşlıq etdiyini söyləyib: “Ümid edirik ki, bundan sonra da belə olacaq”.
C.Kerri isə Suriyanın BMT Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirmək istiqamətində ortaya qoyduğu nəticədən çox razı olduqlarını açıqlayıb. Onun sözlərinə görə, ilk kimyəvi silah partiyasının oktyabrın 6-da - qətnamənin qəbulundan bir neçə həftə sonra BMT ekspertlərinin iştirakı ilə məhv edilməsi faktı xüsusi əhəmiyyətə malikdir. S.Lavrov və C.Kerri ümid etdiklərini bildiriblər ki, noyabr ayında Suriya probleminin həlli üzrə sülh konfransının keçirilməsi mümkün olacaq.
Amma əminliklə qeyd etmək olar ki, müəyyən məsələlər ətrafında müvəqqəti anlaşmanın əldə edilməsi, ümumilikdə konfrantasiyanın aradan qalxmasına səbəb olmayacaq.
“Biz kimyəvi silahdan istifadə etməmişik”
Bu arada, kimyəvi silahdan istifadə edilməsi məsələsinə dair fərqli mövqelər beynəlxalq gündəmin aktual müzakirə mövzusu kimi qalmaqdadır. Son olaraq bu kontekstdə Almaniyanın “Şpiqel” qəzetinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib ki, Suriya hökumət ordusu kimyəvi silahdan istifadə etməyib. “Biz kimyəvi silahdan istifadə etməmişik. Bu yalandır. Mənə aid etdiyiniz öz xalqının qatili obrazı da səhvdir” - deyə, o əlavə edib.
Bəşər Əsəd bundan sonra da kimyəvi silah üzrə beynəlxalq ekspertlərlə sıx əməkdaşlıq etməyə hazır olduqlarını bəyan edib. Onun sözlərinə görə, mütəxəssislər məsələ ilə bağlı Suriya hökumətindən bütün lazımi məlumatları ala bilərlər.
Rusiya Yaxın Şərqdəki son geostrateji qalasını təslim etmək niyyətində deyil
Qeyd etmək lazımdır ki, Rusiya prezidenti Vladimir Putinin bir müddət öncə verdiyi bəyanat da onu göstərdi ki, Kreml bu məsələdə geri çəkilməyəcək və Suriya hakimiyyətinin müdafiəsi istiqamətində müqavimət mexanizmini davam etdirəcək. Məlumat üçün qeyd edək ki, V.Putin Suriyadakı “kimyəvi hücum” məsələsinə görə ilk dəfə açıq şəkildə üsyançıları ittiham edərək müdaxilə təqdirində bu ölkəyə kömək edəcəyini bildirmişdi. Onun sözlərinə görə, BMT sanksiyası xaricində “qeyri-leqal” hərbi zərbə Yaxın Şərq bölgəsində sabitliyi poza bilər.
Nəticə etibarilə görünən odur ki, Qərb Rusiyanın Yaxın Şərqdəki son geostrateji qalası olan Suriyanı özünə tabe etməklə, Avrasiyanın yeni “heartland”ını formalaşdırmağa çalışır. Qərb strateqlərinin mövqeyi odur ki, Suriyanın neytrallaşdırılması ilə Yaxın Şərqdə strateji nəzarətin tamamilə ələ alınması Avrasiya hegemoniyasına əhəmiyyətli bir yol açacaq...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58

